Icma.az
close
up
RU
Azər Qasımlının məhkəməsi başladı: “Ona borclu olduğunu etiraf edib”

Azər Qasımlının məhkəməsi başladı: “Ona borclu olduğunu etiraf edib”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Azər Qasımlının vəkilləri müxtəlif vəsatətlər qaldırıblar.

Vəkil Aqil Layıc Azər Qasımlının ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə irəli sürülmüş ittiham əsassızdır. Müdafiəçinin sözlərinə görə, Azər Qasımlı ziyalıdır, heç kimə təsir göstərmək niyyətində də deyil: “Belə bir insanı həbsdə saxlamağa zərurət yoxdur”.

Digər vəkil Rövşanə Rəhimli Azər Qasımlının barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət verib. Vəkil qeyd edib ki, hüquqlarnı müdafiə etdiyi şəxs Qurbanəli Yusifovdan öz pulunu qanuni şəkildə istəyib. Bunun üçün məhkəməyə müraciət edib. Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının mülki iddiasını təmin edib.

“Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etdi ki, bu işə kommersiya məhkəməsində baxılmalıdır. Qurbanəli Yusifov həm Mingəçevir şəhər Məhkəməsində, həm də Şəki Kommersiya Məhkəməsində Azər Qasımlıya borclu olduğunu etiraf edib”, - deyə vəkil bildirib.

Vəkillər həmçinin zərərçəkmiş Qurbanəli Yusifovun valideynləri və xalası oğlunun ifadəıərinin sübutlar siyahısından çıxarılması, Mingəçevir Şəhər Məhkəməsində, Şəki Kommersiya Məhkəməsində olan məhkəmə iclaslarənın

video və audio yazılarının alınması barədə vəsatətlər qaldırıblar: “Burada deyir ki, məndən hədə-qorxu ilə pul tələb edir, orada isə borcunu etiraf edir. Azər Qasımlını həbs eləmək üçün bu işdən istifadə olunub”.

Zərərçəkmiş Qurbanəli Yusifov vəsatətlərə etiraz edib: “Bu adam 5 ildir mənim həyatımı məhv edib”.

Hakimlər ev dustaqlığı barədə vəsatəti təmin etməyib. Digər vəsatətlərə isə növbəti iclasda baxılacaq.

Hazırlıq iclası iyulun 2-də davam edəcək.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri