Icma.az
close
up
RU
Azər Rəşidoğlu ilə bağlı xəbər var

Azər Rəşidoğlu ilə bağlı xəbər var

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl bir qrup media təmsilçiləri, o cümlədən ictimai-siyasi şəxslər jurnalist Azər Rəşidoğlunun səhhəti ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Sözügedən müraciətə müsbət cavab gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Azər Rəşidoğlu öz sosial şəbəkə hesabında paylaşıb.

“Əziz dostlar, sevimli yurddaşlar! Bilirəm ki, səhhətimlə bağlı narahatsınız. Sizə şad xəbərim var. Bir qrup media təmsilçisi, Milli Məclisin deputatları, Elmlər Akademiyasının alimləri, QHT rəhbərləri xaricdə müalicəmlə bağlı Cənab Prezidentə, hörmətli Mehriban xanıma müraciət etmişdilər. Açığı, ilk gündən dostlar təkid edirdi ki, xaricdə əməliyyat olunum. Lakin buna razı olmurdum və düşünürdüm ki, baş tacımız olan qazilər diqqətə daha çox layiqdirlər. İlk əməliyyatı Onkologiya Mərkəzində elətdirdim. Lakin xəstəlik getdikcə şiddətlənməyə başladı. Xaricdə və ölkədəki həkimlərlə məsləhətləşdim, hər kəs mütləq xarici ölkələrin birində yenidən əməliyyat olunmağımı məsləhət gördü. Dostlarımız Cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna yardım xahişi ilə müraciət etdilər. İnanırdım ki, müsbət reaksiya olacaq, ancaq bu qədər tez reaksiyanın olacağını ağlıma gətirə bilməzdim. Bu gün Heydər Əliyev Fondundan dəfələrlə zəng oldu və ən yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlarını və sona qədər yanımda olacaqlarını dedilər. Hətta sənədlə bağlı kiçik problem yaranmışdı, anındaca həll etdilər. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin cənab Prezidentin şəxsi nəzarətində olduğunu dedi.İmza verən, imza yığan, sosial şəbəkədə paylaşan, media dəstəyi verən hər kəsə, o cümlədən cənab Prezidentə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm. İnşəallah ki, tezliklə tam sağaldığımı sizə xəbər verəcəyimə inanıram. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı. Allah Azərbaycanımızı qorusun! Hər birinizə təşəkkür edirəm! Allah sizi qorusun!”, – deyə jurnalist bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Mart 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri