Icma.az
close
up
RU
Şou verilişlər həmişə olub və olacaq Azər Rəşidoğlu

Şou verilişlər həmişə olub və olacaq Azər Rəşidoğlu

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ancaq bu gün balansın qurulmasına ehtiyac var: -bir tərəfdə əyləncə, digər tərəfdə isə ciddi, məsuliyyətli və analitik jurnalistika"

"Əslində, ölkə rəhbərinin və siyasi elitanın istədiyi də budur"

Azərbaycan teleməkanında radikal dəyişikliklər baş verir. “Tarixin bir günü”, “Elgizlə izlə”dən sonra ATV-də “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni axtarıram” və “Həmin Zaur” verilişləri, “Xəzər” tv-də Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” proqramının da yayımı dayandırılıb.

İllərdir cəmiyyət bu proqramlardan narazılıq edirdi, ailə dəyərlərinin şou proqramlarda ayaqlar altına atılmasından, səsini, sənətini deyil, bədənini nümayiş etdirmək üçün efirə çıxarılan “müğənni”lərin xalqın estetik zövğünə, mədəni irsinə balta çaldığı bildirilirdi, amma tv-lər efir siyasətlərində dəyişiklik etmirdi. Nəhayət, efirin üz qarası olan proqramlar ləğv edildi. Bəs onların əvəzinə efirdə nə və necə yayımlanmalıdır? 

"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri, tədiqatçı jurnalist Azər Rəşidoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, şou verilişlər həmişə olub və olacaq. Bu, təkcə bizdə yox, bütün dünyada müşahidə olunan bir tendensiyadır. Çünki bu tip proqramlar geniş auditoriyanı cəlb edir və nəticədə reklam bazarını da əsasən onlar formalaşdırır. Televiziya kanalları üçün maliyyə baxımından bu amil həlledici rol oynayır. Ancaq: 

- Bu o demək deyil ki, efir məkanı yalnız əyləncə üzərində qurulmalıdır. Çıxış yolu alternativ məzmunun da paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə ciddi analitik verilişlərə ehtiyac var - cəmiyyətin sosial, siyasi və iqtisadi problemlərini müzakirə edən, tamaşaçını düşündürən proqramlara. Vaxtilə Space və ANS kanallarında belə verilişlər mövcud idi. Həmin proqramlarda jurnalistlər canlı yayımda məmurlara açıq və sərt suallar verir, aktual məsələləri çəkinmədən müzakirəyə çıxarırdılar, belə verilişlərdə az iştirak etməmişəm. Heç kəs mənə hansı sualı verməli olduğumu şərt kimi irəli sürmürdü. Bu verilişlər həm medianın nüfuzunu artırırdı, həm də cəmiyyətdə ictimai nəzarət mexanizminin formalaşmasına töhfə verirdi. Bu gün də belə balansın qurulmasına ehtiyac var:-bir tərəfdə əyləncə, digər tərəfdə isə ciddi, məsuliyyətli və analitik jurnalistika. Əslində, ölkə rəhbərinin və siyasi elitanın istədiyi də budur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri