Icma.az
close
up
RU
Azər Salahlı: Necə olacağını zaman göstərəcək”

Azər Salahlı: Necə olacağını zaman göstərəcək”

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Oyunun çətin keçəcəyini bilirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Azər Salahlı deyib.

31 yaşlı müdafiəçi "Qarabağ"a səfərdə uduzduqları Misli Premyer Liqasının X turunun matçını şərh edib:
"Rəqibimizin gücü hər kəsə məlumdur. Buna baxmayaraq çox yaxşı oyun göstərdik. İlk hissədə yaxşı epizodlarımız da oldu. Dəyərləndirə bilsəydik, fərqli nəticənin şahidi ola bilərdik. Amma ümumi götürsək, yaxşı təsir bağışladıq. Çempionlar Liqasında çıxış edən komandaya qarşı çox epizod yarada bilmirsən. Amma bunu bacarmısansa, bundan istifadə etməlisən. İkinci hissədə də epizodlar yaratmağa çalışdıq. Alınmadı".
Salahlı qarşıdakı çempionat matçlarına hazırlaşacaqlarını vurğulayıb:
"Növbəti kubok qarşılaşması dekabrda olacaq. Hər iki cəbhədə var gücümüzlə mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək".
Oyunçu oyundan razı qaldıqlarını vurğulayıb: "Qarabağ"a qarşı yaxşı mübarizə apardıq. Rəqibin ustalığı hər kəsə bəllidir. İlk qolu hamınız gördünüz. İstər-istəməz motivasiyadan düşürsən. Sonra ikinci topu buraxdıq".
Müdafiəçi "Qarabağ"a Çempionlar Liqasında "Çelsi" ilə oyunda uğurlar arzulayıb: "Ölkəmizi layiqincə təmsil edirlər. Nəticələri inanılmazdır, Azərbaycan futbolu üçün tarixi anlardır. Yalnız uğurlu nəticə gözləyirik. Hər birimiz "Qarabağ"ı Çempionlar Liqasında dəstəkləyirik".

Qeyd edək ki, "Qarabağ" - "İmişli" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri