Icma.az
close
up
RU
Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı

Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət bankı Azər Türk Bank beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, Bank bu günlərdə dünyanın nüfuzlu maliyyə institutlarından biri olan The Bank of New York Mellon (BNY Mellon) ilə müxbir bank münasibətlərinə başlamışdır.

1784-cü ildə əsası qoyulmuş BNY Mellon hazırda dünya üzrə 60-dan artıq ölkədə fəaliyyət göstərir və 50 trilyon ABŞ dolları həcmində aktivlərin idarəedilməsi üzrə xidmətlər təqdim edir. Bank kapital bazarlarına çıxış, likvidlik həlləri, treyderlik, aktivlərin saxlanması, fond xidmətləri və digər maliyyə məhsulları üzrə qlobal liderlər sırasındadır. Onun Fitch Ratings tərəfindən "AA-”, Moody’s tərəfindən isə "Aa1” səviyyəsində qiymətləndirilən yüksək beynəlxalq reytinqləri, maliyyə sabitliyini və qlobal maliyyə sistemindəki nüfuzunu bir daha təsdiqləyir.

Bu strateji əməkdaşlıq Azər Türk Bank-ın beynəlxalq bank əməliyyatlarının keyfiyyətini artırmaq, xarici valyutada hesablaşmalar üzrə imkanlarını genişləndirmək və qlobal maliyyə axınlarına çıxışı təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu hesab vasitəsilə müştərilərimizə beynəlxalq ödənişlərin sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli şərtlərlə həyata keçirilməsi üçün əlavə üstünlüklər təqdim olunacaq.

BNY Mellon ilə əməkdaşlıq Azər Türk Banka müştəriləri üçün beynəlxalq ticarət əməliyyatlarında geniş xidmət çeşidi, müasir komplayens və risk idarəetmə mexanizmlərinin tətbiqində qabaqcıl təcrübəyə çıxış, eləcə də gələcəkdə texnoloji və məhsul yönümlü birgə layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar açır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri