“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri: Medallar uğrunda 11 ölkədən 20 idmançı mübarizə aparır
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIStəqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.
Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Fanat.Az xəbər verir ki, turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.
Turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar.
Yarışın nəticəsinə uyğun olaraq, gürcüstanlı idmançı Nino Thklauri 1-ci, isveçli atlet Nikita Anner 2-ci, özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.
Turnir çərçivəsində Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub, suallar cavablandırılıb.
Qeyd edək ki, turnir yanvarın 10-na qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, ötən ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı təqdimatının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə FIS tərəfindən təşkil olunan qlobal yarışlarda “Qlobal destinasiya tərəfdaşı” qismində çıxış edəcək.
Tərəfdaşlıq müqaviləsinə əsasən bu il martın 14-15-də ilk dəfə olaraq Azərbaycan Moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















