“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirində ikinci günün mükafatçıları təqdim olunub FOTOREPORTAJ
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Qusarda keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirində ikinci günün mükafatçıları müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə uyğun təşkil olunan yarışın növbəti günündə idmançılar slalom növü üzrə mübarizə aparıblar.
Gərgin keçən yarışın yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci yeri tutub. Qazaxıstanlı Dalel Talkunova ikinci, gürcüstanlı Nino Tklauri isə üçüncü pillədə qərarlaşıb.
İdmançılar sabah qiqant slalom növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hon-Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 20 qadın idmançı qüvvəsini sınayır. Ölkəmizi turnirdə Anastasiya Papatoma təmsil edir.
Turnir yanvarın 11-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















