“Azerbaijan ROV Challenge” yarışı start götürür
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda texnologiya həvəskarlarını və gənc mühəndisləri bir araya gətirən “Azerbaijan ROV Challenge” (AROVC) yarışı yenidən start götürür.
İdman.Biz Gənclər və İdman Nazirliyinin rəsmi məlumatına istinadla xəbər verir ki, məsafədən idarə olunan pilotsuz suüstü dron və sualtı aparatların mübarizəsi Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan”ın təşkilatçılığı ilə baş tutacaq.
Yarış gənclərə öz dizayn etdikləri qayıq və dronları sınaqdan keçirmək, mühəndislik bacarıqlarını nümayiş etdirmək üçün unikal imkan yaradır. Təşkilatçılar gələcəyin texnologiyalarına maraq göstərən hər kəsi bu möhtəşəm fürsətdən yararlanmağa çağırıb.
Qeydiyyat prosesi artıq başlayıb və son tarix aprelin 24-ü saat 18:00-a qədərdir. Qeydiyyat üçün bu keçiddən istifadə edə və ya əlavə məlumat üçün +994 10 226 72 17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 Aprel 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















