Icma.az
close
up
RU
“Critical Infrastructure Defence Challenge 2025

“Critical Infrastructure Defence Challenge 2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri keçiriləcəkdir. İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi, CIDC-2025 də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirəcəkdir. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağrışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.

Dövlət qurumundan XQ-ə verilən məlumata görə, CIDC-2025 çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcəkdir. Bu təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30.000 manat təşkil edəcəkdir.

Tədbir çərçivəsində həmçinin kibertəhlükəsizlik üzrə konfrans keçiriləcəkdir. Konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkanda mövcud problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.

Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaqdır. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tətbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcəkdir.

Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2025” tədbirinin saytına (https://cidc.gov.az) müraciət edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see349

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see293

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see277

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see271

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see269

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see262

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see257

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see251

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see235

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see226

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see219

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see214

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see214

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see212

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see209

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see207

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see201

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see200

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see199

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri