Icma.az
close
up
RU
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır?

Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Mən daha əvvəl bir yazımda belə bir fikrimi yazmışdım: "Heç kim uşaqlıqda aldığı travmaları həyata borclu qalmaq istəmir".

Doğrudan da, insanın körpəlikdə və uşaqlıqda aldığı travmalar onunla birlikdə böyüyür və fürsət düşən kimi, "əlverişli" ortam yetişən kimi öz zərbəsini vurur. Həm özünə, həm də başqalarına.

Günümüzün fenomeni sosial şəbəkələrdir. Yeni nəsil texnoloji təfəkkürün və vərdişlərin nəslidir. Ona görə internetdə "böyüyürlər". Ancaq sosial şəbəkələr ya uşaqları yanlış anlamda yaşından tez böyüdür, ya da, əksinə, yaxşı mənada böyüməyə qoymur.

Bunun zərərini dünyada indi dərk edənlər çoxalır. Dövlətlər artıq bu işə bir çarə tapmağa çalışır. Millətimizin ikinci dövlətində -Türkiyədə də bu məsələ gündəmə gəlib. Həm cəmiyyətin, həm hökumətin gündəminə. Artıq qardaş ölkədə 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar hazırlanır. Dövlət bu qanunları qəbul etməyə hazırlaşır. Bu haqda Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" kanalına danışıb.

Doğrudan da, nazirin dediyi kimi, sosial şəbəkələrdə uşaqlar üçün faydalı nə var? Bir düşünək. Bir çox hallarda böyüklərin belə psixoloji tarazlığını, mənəvi konstitusiyasını, dəyərlər sistemini dağıdan sosial şəbəkə platformaları uşaqlara nələr etməz! Bir anlıq təsəvvür edin.

Psixoanalitika da isbatlayıb: körpələr də, uşaqlar da dünyanı ilk başdan obrazlarla qavrayır, tanıyır. Körpə, ya hələ ağlı kəsməyən azyaşlı uşaq biımir axı, məsələn, əmi atasının qardaşıdır. Amma aranın, ananın, başqa doğmaların davranışından, sözlərindən onun arxa şüurunda əminin bir obrazı formalaşır, canlanır. Uşaq həmin obrazı tanıyır və sevir. Bu, əslində böyüklərdə də eynidir; bizim seçkidə səs verəcəyimiz namizəd də, birlikdə iş görmək istədiyimiz iş ortağımız da, dost deyib barğımıza basdığımız, ya da bədxah bilib həyatımızdan çıxardığımız da -hər kəs ayrı-ayrılıqda obrazlardır. Eləcə də, insanların əsərlərini oxuduğu yazıçı olsun, yaxud özünə kumir seçdiyi popstar olsum, fərq etməz, hamısı obrazlardır. Hər insanın həyatı bir rəsm qalareyasıdır, ya da bir teatr səhnəsi, kino lentidir. Başdan-başa cürbəcür obrazlarla doludur. Ana uşaq üçün bir obrazdır, ata başqa bir obraz, müəllim də tamam başqa. Amma ailədə, məktıbdə, eləcə də, öz mikromühitində uşaq müsbət obrazlarla böyüyürsə, yüksək dəyərlərlə yüklənirsə, böyüyəndə özü, ailəsi və cəmiyyət üçün faydalı və dayanıqlı bir xarakter örnəyinə, bir obraza çevrilir. Əks halda isə bütün bunlardan əskik qalır.

Sosial şəbəkələrdəki qovğalar, "stəkanda fırtınalar, saxta, yalan-yanlış paylaşımlar, alayarımçıq, ya da təhrifli obrazlar uşaqları dərindən zədələyir. Böyüdükcə və böyüdükdə bu zədələr aşılmaz komplekslərə çevrilir. Bu ağır travmalar sonradan uşağın özünə də, ətrafdakıkara da öz acı - zəhərli meyvəsini daddırır.

Bütün bunları dövlətlər də görür. Fəlakətin qarşısını almağa çalışır. Türkiyəni misal gətirdik. Amma tək Türkiyə deyil. Avstraliyada da bu qadağanı parlamentin aşağı palatasında təsdiqləyiblər. Hökumət sosial mediadan istifadə yaşını məhdudlaşdırmağa çalışır, bildirir ki, qanunun icra mexanizmləri işə düşəndən sonra hakimiyyət texnologiya şirkətlərindən və sosial şəbəkə administrasiyalarından yeniyetmələrin Snapchat, TikTok, Instagram, Reddit və X-də hesab və səhifə yarada bilməməsi üçün tədbirlər görməyi tələb edəcək. Bu tələbləri pozan sosial media platformalarını 32,2 milyon dollar (!) cərimə gözləyir.

Məncə, tam adekvat bir yanaşmadır. Çünki sosial şəbəkə istifadəçilərinin sayı dünyada artıq 4 milyard nəfəri ötüb. Bu rəqəmin içində, görün, nə qədər uşaq da var! Yüz milyonlarla! Buna görə dünya hərəkətə keçib. Norveçdə də bu qadağa qoyulub. Fransada, məsələn, 15 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrdə hesab yarada bilməsi üçün valideyn razılığının tələb olunduğu qanun qəbul edilib. 11 yaşdan kiçik uşaqların isə mobil telefonu da ola bilməz. Almaniyada 13-16 yaş arası uşaqların sosial şəbəkələrdən istifadəsi üçün ata-ana razılığı lazımdır. İtaliyada 14 yaş kiçiklərə belı yasaqlar var.

Biz uşaqlarımıza kiçik yaşdan yol hərəkəti qaydalarını öyrədirikmi? Bəli. Uşağa aşılayırıq ki, sfetaforun qırmızı işığında hərəkət etmək olmaz; avtomobillər üçün yaşıl işıq yanırsa, piyada gözləməlidir. O qadağanedici işarədə yolu keçsə, həyatı təhlükə altına düşər. Doğrudurmu? Doğru. O zaman sosial şəbəkələri də çoxlu küçələri, yolları, metroları, tinləri, dalanları olan bir məkan - meqapolis kimi düşünün. Burada uşaqlar üçün tək gəzmək təhlükəlidir. Buna görə eyni qadağalar Azərbaycanda da olmalıdır. Biz də uşaqlarımızı erkən və total sosiallaşmadan qorumalıyıq. Həm də yanlış sosiallaşmadan. Heç internet, sosial media olmadığı zamanlarda da böyüklərimiz bizim kiminlə yoldaşlıq, sirdaşlıq, dostluq etməyimizə fikir verirdi. O da ola indiki sosial media dövründə. Yaxud valideynlər uşaqlarını siqaretə meyllənməkdən elə-belə qorumurdu axı. Hələ başqa daha ağır, naqis, təhlükəli vərdişləri demirəm. Çünki uşaqları zərərli asılılıqdan qorumaq qaçılmaz zərurətdir. Bu günkü uşaqlar sabahkı Azərbaycan deməkdir. Millətin, dövlətin, ölkənin gələcəyini düşünməliyik. Sosial şəbıkələrdən istifadə yaşını məhdudlaşdırmaq lazımdır. Milli Məclis yubatmadan belə bir qanun qəbul etməli və hökumət bunun icrasına nəzarət mexanizmi yaratmalıdır. Bütün başqa sivil ölkələr kimi Azərbaycan da bu yolu getmılidir. Çünki başqa bir yol yoxdur.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri