Icma.az
close
up
RU
Azərbaycan 49 adda dini ədəbiyyatı qadağan etdi

Azərbaycan 49 adda dini ədəbiyyatı qadağan etdi

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və məmulatların, habelə bu istiqamətdə olan digər məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Komitədən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.

"Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir.

Qeyd edilib ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən – tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun səbəbi göstərilir.

"Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal, 213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb", - qurumdan əlavə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri