Icma.az
close
up
RU
Azərbaycan 56 cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur AZƏRTAC

Azərbaycan 56 cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 23 yanvar, AZƏRTAC

Bu gün Misirdə 56-cı ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.

AZƏRTAC xəbər verir ki, Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları sərginin açılış günündə iştirak ediblər.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər naziri Usamə əl-Əzhəri və mədəniyyət naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.

Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində 600 mədəni tədbirin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.

Oman Sultanlığı builki tədbirdə fəxri qonaq qismində çıxış edir. Mərhum misirli alim dr. Əhməd Mustəcir sərginin və yazıçı Fatimə əl-Mədul isə uşaq kitabları sərgisinin simaları seçiliblər.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir. Bu, Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri