Icma.az
close
up
RU
Azərbaycan 65 köhnə gəmini Xəzər donanmasından çıxarır

Azərbaycan 65 köhnə gəmini Xəzər donanmasından çıxarır

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) qarşıdakı 3 il ərzində 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarmağı nəzərdə tutur.

Azpost.info bildirir ki, bu barədə ASCO-dan verilən məlumatda deyilir.

Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi və 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20 faiz azaltmaq və 30 faiz üçün çalışmaq, 2040-cı ilədək 70 faiz azaltmaq və 80 faiz üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.

Qurum bu hədəfə çatmaq üçün Strategiya və Tədbirlər Planı hazırlanıb. Plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə ümumi dedveyti 26 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25 faiz azalacağı gözlənilir.

“Bundan başqa, ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir. Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır. Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından 20 faizədək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların 9 faizədək azaldılması proqnozlaşdırılır”, – deyə ASCO-dan bildirilib.

2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib. Belə ki, qeyd edilən dövrdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin və 7 tankerin tikintisi, tam elektriklə işləyən 4 liman-yedək gəmisinin inşası və 8 gəminin metanol yanacağına keçid üçün retrofit olunması nəzərdə tutulur. Bu gəmilərdə mavi metanolun istifadəsi (ümumi donanmanın dedveytinin artması nəzərə alınaraq) ümumilikdə emissiyaların 10 faizədək azalmasına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, dizellə müqayisədə metanol CO2 emissiyalarını 7 faizə qədər, SOx emissiyalarını 99 faizə qədər və NOx emissiyalarını 60 faizə qədər azalda bilər. Bütün donanmalarda alternativ yanacaqlardan istifadəyə keçid isə üçüncü mərhələdə, yəni 2030-2040-cı illərdə icra ediləcək. Bununla da, IMO-nun hədəfinə uyğun olaraq, 2008-ci illə müqayisədə emissiyaların 70-80 faizədək azaldılmasına nail olunacaq.

Dördüncü mərhələ isə 2040-2050-ci illəri əhatə edir. Bu mərhələdə 0 emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır. Bu isə IMO-nun hədəfinə uyğun olaraq, emissiyaları 100 faiz azaldaraq 0 emissiya həddinə çatmaq deməkdir.

Qurumundan bildiriblər ki, ASCO-nun dekorbanizasiya istiqamətində qısamüddətli tədbirlər planı da var. Bu plan çərçivəsində 2030-cu ilə qədər olan ilk 3 mərhələ həyata keçirilməlidir. Layihədə metanol gəmilərinə keçidin 2027-ci ildə nəzərdə tutulmasına baxmayaraq, bu prosesi daha da sürətləndirmək məqsədilə artıq metanol gəmilərinə keçid üçün maliyyə dəstəyi üzərində işlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri