Azərbaycan 8 ayda meyvə tərəvəz ixracından 560 mln. dollardan çox gəlir əldə edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 560.7 milyon ABŞ dolları dəyərində 539.5 min ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32.2% və ya 136.7 milyon dollar, həcmi isə 32.2% və ya 131.4 min ton artıb. 2024-cü ilin ilk 8 ayında Azərbaycan 424 milyon ABŞ dolları dəyərində 408.1 min ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 157.2 milyon dollar dəyərində pomidor (144 min ton), 88.3 milyon dollar dəyərində meşə fındığı (12.2 min ton), 43.4 milyon dollar dəyərində alma (61.9 min ton ), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 4.4 milyon dollar dəyərində nar (5.2 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.29%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 23.37%-ə bərabər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















