Azərbaycan meyvə tərəvəz ixracından 153 mln. dollardan çox gəlir əldə edib
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-mart aylarında 153 milyon 370 min dollar dəyərində 132 min 289 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 15,7% (20 milyon 791 min dollar), miqdarı isə 18,7% (20 min 848 ton) artıb.
2024-cü ilin eyni dövründə Azərbaycandan 132 milyon 579 min dollar dəyərində 111 min 441 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə (yanvar-mart) meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,40%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19,87%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















