Icma.az
close
up
RU
Azərbaycan ABŞ bank əməkdaşlığı müzakirəsi

Azərbaycan ABŞ bank əməkdaşlığı müzakirəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərkəzi Bank (AMB) və Nyu-York Federal Ehtiyat Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, bu, AMB ilə aparıcı beynəlxalq maliyyə institutları arasında davam edən əməkdaşlıq xəttinin növbəti mərhələsidir. Belə ki, 2025-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik toplantıları çərçivəsində Nyu-York Federal Ehtiyat Sistemi də daxil olmaqla bir sıra aparıcı beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.

Həmin görüşlərdə Abu-Dabi Kommersiya Bankı, “Mizuho Bank”, “UBS” və Nyu-York Federal Ehtiyat Sistemi ilə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun inkişaf perspektivləri və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mərkəzi Bank həmin görüşlərin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və strateji dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri