Icma.az
close
up
RU
Azərbaycan ABŞ əməkdaşlığı hansı istiqamətlərdə genişlənəcək?

Azərbaycan ABŞ əməkdaşlığı hansı istiqamətlərdə genişlənəcək?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində imzalanan və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm rol oynayacaq.

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ ilə əməkdaşlığını əsasən üç istiqamətdə genişləndirmək niyyətindədir:

“Birinci istiqamət enerji təhlükəsizliyi və TAP layihələri çərçivəsində əməkdaşlığının genişləndirlməsi özündə ehtiva edir. ABŞ Azərbaycanın beynəlxalq enerji layihələrini dəstəkləyir. O cümlədən, SOCAR-la “ExxonMobil” arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni bir impuls verəcək”.

Millət vəkili qeyd edib ki, ikinci istiqamət rəqəmsal transformasiya və texnoloji investisyalar sahəsi üzərə əməkdaşlığın genişləndirilməsidir:

“ABŞ texnologiyaların yüksək inkişaf etdiyi ölkədir. Bu baxımdan iki ölkə arasında imzalnmış sənədlər iqtisadiyyatımızın texnoloji sektoruna investisyaların yatırılmasına yeni imkanlar açacaq. Üçüncü istiqamət isə müdafiə və antiterror əməkdaşlığıdır. Dövlət başçımızın səfəri çərçivəsində Donald Tramp 1992-ci ildə ədalətsizcəsinə qəbul olunmuş Azadlığa Dəstək Aktına əlavə olunmuş 907-ci düzəlişi ləğv etdi. Bu düzəlişin ləğvi Azərbaycana ABŞ-dən hərbi müdafiə sahəsində yardımların alınmasına imkan verəcək”.

A.Badamov əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkələrimizarası münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq baxımından yeni səhifə açıb”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Avqust 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri