Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu artırıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bu ilin l yarısında Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatına 77,6 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,95 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 %-dən 5,8 %-ə qalxıb.
6 ay ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 89,5 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 39,75 % çoxdur.
Hesabat dövründə ABŞ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 2,8 %-ə qalxıb.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 % çox) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















