Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin l rübündə Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABÇ) iqtisadiyyatına 14,7 milyon dollar birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 4,7 %-ə çatıb.
Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 31,1 % çoxdur.
Hesabat dövründə ABŞ-in Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dan 2,8 %-a çatıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 28 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















