Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Azərbaycan ABŞ: Razılaşmalar praktiki mərhələdə

Azərbaycan ABŞ: Razılaşmalar praktiki mərhələdə

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Son günlər ABŞ - Azərbaycan münasibətlərində müsbət dinamika özünü göstərir. İki ölkə arasında dialoq intensivləşib, qarşılıqlı səfərlər həyata keçirilir, əməkdaşlığın güclənməsi istiqamətində praktiki addımlar atılır. Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri və ABŞ lideri Donald Trampla görüşü, əldə edilən razılaşmalar ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olmaqla, yeni bir səhifə açdı. Əvvəlki administrasiyanın dönəmində mövcud olan böhran vəziyyəti artıq keçmişdə qalıb. ABŞ-ın yeni administrasiyası Azərbaycanın əhəmiyyətini, regional rolunu düzgün qiymətləndirərək ölkəmizlə daha geniş sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər eyni zamanda regionda sülhə, əmin-amanlığa xidmət edir. Artıq Cənubi Qafqazda sülh bərqərar olub, Azərbaycan-Ermənistan normallaşma prosesi davam edir, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP (Zəngəzur dəhlizinin) reallaşdırılır. Azərbaycan ilə ABŞ arasında xüsusi işçi qrupun yaradılması da əlaqələrin yeni strateji mərhələyə yüksəlməsini təmin edir.

Bu günlərdə Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda aparıcı düşüncə mərkəzlərinin analitikləri də ölkəmizin əhəmiyyətini, ABŞ-Azərbaycan əməkdaşlığının önəmini vurğuladılar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesab edir ki, avqustun 8-dən sonra Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ başlayıb. Onun sözlərinə görə, həmin gün imzalanan sənədlərin üç əsas istiqaməti var: “Birincisi, Ermənistan və Azərbaycan arasında normallaşma və sülh prosesi. İkincisi, ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı, o cümlədən strateji tərəfdaşlıq sənədinin imzalanması. Üçüncüsü isə əvvəlki iki istiqamətdən irəli gələn məqsəd, Cənubi Qafqazda sülhün bərqərar olunması, əməkdaşlığın genişlənməsi, nəqliyyat yollarının inşası və digər məsələlər. Ümumiyyətlə, hesab edirəm ki, hazırda Amerikanın regiona marağında yenidən canlanma var. Təbii ki, bundan istifadə etmək istərdik və nəticə etibarilə həm Azərbaycan, həm də ABŞ üçün burada müvafiq siyasi və iqtisadi imkanlar mövcuddur”.

Azərbaycan Milli Məclisinin deputatları ABŞ-a səfər edib, bir sıra görüşlər keçirərək münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Hukker Azərbaycana səfər edib. Hukker bildirib ki, regiona ilk səfəri avqust razılaşmasının irəlilədilməsi üzrə mühüm mərhələ ilə üst-üstə düşür və bu səfər həmin razılaşmanın həyata keçirilməsi üçün praktiki addımların müzakirəsinə yönəlib – ticarət və enerji əməkdaşlığından tutmuş regional əlaqələrin və təhlükəsizliyin gücləndirilməsinədək.

Bu danışıqları davam etdirəcək işçi qrupu da artıq yaradılıb. ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərlik edəcəyi qrupun əsas məqsədi ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətləri və tərəfdaşlığı daha da dərinləşdirəcək, həmçinin Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını üzə çıxarmağa imkan verəcək.

Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə şərhində deyib ki, Azərbaycan 2020-ci ildə əldə etdiyi möhtəşəm qələbə ilə regionun tam olaraq xətirəsini dəyişib: "Faktiki olaraq Azərbaycan regionun əsas dövləti statusunu qazanıb. Bu regionda istənilən layihənin gerçəkləşməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bunu artıq böyük dövlətlər, o cümlədən dünyanın aparıcı dövləti olan ABŞ da qəbul edib. Bu kontekstdə təbii ki, Azərbaycana yönəlik münasibət, eyni zamanda, maraq kifayət qədər artıb. Xüsusilə də Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın önəmini dəfələrlə artırıb. Bu mənada təbii ki, Azərbaycan-ABŞ münasibətləri də yeni mərhələyə qədəm qoyub. Onu da xüsusi olaraq qeyd edim ki, respublikaçıların hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri hər zaman yaxşı olub. Demokratların dönəmində isə gərginliklər yaşanıb. Biz bundan əvvəlki administrasiyanın - Baydenin Azərbaycana ədalətsiz yanaşmasına şahidlik edirdik. Buna cavab olaraq Azərbaycan da ciddi şəkildə bir mövqe nümayiş etdirmişdir. Bayden administrasiyası tərəfindən geriçəkilmələr də oldu, amma Tramp dönəmində tam fərqli bir yanaşmanın şahidi oluruq. Müxtəlif proseslərdə birgə iştirak, eləcə də  Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi, 8 avqust görüşündə üçtərəfli razılaşmanın imzalanması, regionda davamlı sülh prosesinin təmin olunmasına imkan verəcək addımların atılması və növbəti digər layihələrdə də Azərbaycanın iştirakının vacibliyinin Tramp tərəfindən vurğulanması bir daha onu göstərir ki, münasibətlər müsbət məcrada artan dinamika ilə inkişaf edir”.

Deputat bu günlərdə keçirilən C5+1 formatında – Mərkəzi Asiya ölkələri liderləri ilə görüşdə Prezident Donald Trampın növbəti dəfə Azərbaycanın önəminə toxunduğunu, eyni zamanda, bu prosesdə ölkəmizin iştirakının vacibliyini vurğuladığına diqqət çəkib: “Bu layihələr, bütün kommunikasiya qovşaqları Azərbaycanın üzərindən reallaşır deyə ölkəmizin önəmi artıb. Məlum olduğu kimi, C5+1 artıq 6 ölkənin formatına çevrilib. Azərbaycan da bu prosedə iştirak edir. Gələcəkdə də istər Şimal-Cənub, istər Şərq-Qərb, eləcə də Orta Dəhliz, həmçinin reallaşması gözlənilən Zəngəzur dəhlizi, yaxud Tramp yolu, yəni necə adlandırılmasından asılı olmayaraq kommunikasiya qovşağı Azərbaycan üzərindən keçəcək deyə ölkəmizin önəmi artır və bu kontekstdə də ABŞ-ın Azərbaycana yönəlik siyasətində çox ciddi inkişaf var. Bütün bunlar bir daha qeyd edirəm ki, ölkəmizin formalaşdırdığı mövcud reallıqlar fonunda Azərbaycanın önəminin artığını göstərir. ABŞ-Azərbaycan münasibətləri də bu bu formatda daha uğurlu inkişaf yoluna qədəm qoyub”.

A.Əlizadə bildirib ki, 2020-ci ildə Azərbaycanın şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi Prezident İlham Əliyev tərəfindən gündəmə gətirildi. Dövət başçısı bildirdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq: “Azərbaycan artıq dəhlizlə bağı öz ərazisində görülən işləri başa çatdırmaq üzrədir. Növbəti ilin ortalarına tam olaraq həm avtomobil, həm dəmir yolu istifadəyə veriləcək. Eyni zamanda da, ABŞ şirkəti ilə Ermənistan arasında müqavilənin imzalanması gözlənilir. Bu da artıq bir reallıqdır. “Tramp marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə verilməsi məsələsi nəzərdən keçirilir. Artıq bununla bağlı danışıqlara başlanılıb. 8 avqust razılaşması onu deməyə əsas verir ki, Ermənistanın geriyə addım atmaq və yaxud bu prosesi saxlamaq imkanları yoxdur. Amma onu da qeyd etmək lazımdır ki, Ermənistan özü də bu prosesdən, dəhlizin açılmasından çox böyük iqtisadi, eləcə də siyasi dividendlər əldə edəcək. Faktiki olaraq suverenlik qazanmış olacaq. Çünki xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməklə Ermənistana da bir şans yaradıb ki, öz suverenliyini bərqərar etsin, Rusiyadan asılılıqdan nəhayət ki, qurtulsun. Bu dəhlizin açılması Ermənistana həm də o mənada daha  böyük imkanlar yaradacaq ki, ölkə 30 il ərzində işğalçılıq siyasəti apararaq faktiki özünü dalan dövlətə çevirib. Bu yolun açılması ilə tranzit ölkəyə çevrilmiş olacaq. Yəni artıq geridönüşü olmayan proses başlayıb, layihələr nə qədər tez reallaşacaqsa, bir o qədər yaxşıdır. Azərbaycan lideri açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək istifadəyə verilə bilər. Gələn ildən yəqin ki, ABŞ şirkətinin investisiyası ilə Ermənistan ərazisindəki inşa işlərinə başlanacaq. Prosesin daha da tezləşməsi üçün Azərbaycan da orada iştirak edə bilər. Amma istənilən halda artıq hər hansı bir müqavimət və ya prosesin dayandırılması mümkün deyil. Zəngəzur dəhizi, yaxud Tramp yolu mütləq açılacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see398

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see315

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see266

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see244

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see240

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see237

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see236

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see231

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see228

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see224

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see223

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see212

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see209

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see206

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see197

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see181

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see181

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see176

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri