Icma.az
close
up
RU
Azərbaycan Afrika ölkələrində badmintonun inkişafı üçün dəstəyini davam etdirir AZƏRTAC

Azərbaycan Afrika ölkələrində badmintonun inkişafı üçün dəstəyini davam etdirir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.

ABF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir dünyada bu idman növündə öncüllərdən olan Yaponiyanın bu ölkədə fəaliyyət göstərən səfirliyinin Botsvana Badminton Assosiasiyasına badminton avadanlığı hədiyyə etməsi çərçivəsində baş tutub.

Ramil Hacıyev bildirib ki, ötən il ABF-nin prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında Afrikanın 5 ölkəsində badmintonun inkişafına dəstək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, ABF Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verir. R.Hacıyev sosial məsuliyyət çərçivəsində keçirilən bu cür xeyirxah aksiyaları gözəl təşəbbüs adlandıraraq, səbəbkarlara təşəkkür edib. Botsvananın idman və incəsənət naziri Yakob Kelebenq və yerli Badminton Federasiyasının prezidenti Modisaotsile Badubi ilə aparılan qarşılıqlı müzakirələrdə qarşıdakı illərdə də bu ölkədə badmintonun inkişafına yardım məqsədilə uşaq bamdintonçuların raketka, volan və digər idman avandanlıqları ilə təmin olunmasının zəruriliyi vurğulanıb. Buraya eyni zamanda birgə təlim-məşq toplanışlarının təşkili də daxildir.

Qeyd edək ki, Kamerun milli komandasının 4 badmintonçusu bir aya yaxındır Azərbaycan idmançıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri