Icma.az
close
up
RU
COP29da “Troyka” ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar müzakirə edilib AZƏRTAC

COP29da “Troyka” ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar müzakirə edilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 15-də "Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Braziliyanın CEBRI təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə davamlı enerji gələcəyinə keçid zamanı iqlim problemlərini həll etmək üçün Braziliya və Azərbaycan tərəfindən hazırlanmış yol xəritələri müzakirə olunub.

Enerji keçidində neft və qaz sektorunun rolu, bu keçid üçün lazım olan maliyyə də sessiyanın əsas müzakirə mövzularından olub.

Çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Braziliya neft və qaz hasilatında bəzi oxşar xüsusiyyətlərə malikdir, çünki bu sektorlar iqtisadiyyatlarımızın əsasını təşkil edir: “Biz yaşıl keçidə diqqət yetirməklə yanaşı, bu keçidin hamarlığına və iqtisadiyyatlara zərər verməməsinə əminlik üçün realist olmalıyıq”.

F.Şəfiyev əlavə edib ki, emissiya ilə mövcud texnologiyalardan tamamilə imtina etmək mümkün deyil, ona görə də yeganə çıxış yolu ekoloji təmiz texnologiyalara daha çox diqqət yetirməkdir. O, həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi sırf enerji və ətraf mühitlə bağlı olmasına baxmayaraq, çox vaxt siyasiləşdirilir.

Təqdimatda çıxış edən Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov birgə iqlim fəaliyyətinin aktuallığını və qlobal ekoloji davamlılığın inkişafında COP29-un rolunu vurğulayıb. O bildirib ki, bizi 1,5 selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgün istiqamətdə bir addımdır. Elnur Soltanov müvəqqəti dekarbonizasiyanın vacibliyini vurğulayaraq, heç bir ölkənin bu məsələni təkbaşına həll edə bilməyəcəyini deyib: “Bütün dövlətlər metan emissiyalarının azaldılması prosesinə töhfə verməlidir. Uyğunlaşma səyləri üçün maliyyənin artırılması vacibdir”.

Braziliyanın Neft-Qaz İnstitutunun (İBP) baş direktoru Roberto Furian Ardengi COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür edib. O, çıxışında keçid prosesləri zamanı bəzi ölkələrin zəifliklərinə diqqət çəkib: "Yeganə seçim ağlabatan və ədalətli keçiddir. Bu məsələdə innovasiya və texnologiya bizə rəhbərlik etməlidir. Əks halda biz enerji keçidindən çox enerji yoxsulluğu ilə üzləşəcəyik”.

Sonra BMTM-nin baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın yaşıl keçid strategiyaları haqqında məlumat verib. O, Qara dənizin dibi ilə çəkiləcək kabel layihəsindən, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerjinin inkişafı və ötürülməsinə dair bu yaxınlarda imzalanmış memorandumdan danışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri