Icma.az
close
up
RU
Azərbaycan Almaniya çoxşaxəli əməkdaşlığı daha da genişlənəcək Asim Mollazadə

Azərbaycan Almaniya çoxşaxəli əməkdaşlığı daha da genişlənəcək Asim Mollazadə

525.az saytına istinadən Icma.az xəbər verir.

Prezident Frank-Valter Ştaynmayerin səfərindən sonra Azərbaycan-Almaniya münasibətlərinin stabil olaraq inkişaf edəcəyinə ümid edirik. Bundan əvvəl hansısa anlaşılmazlıqlar, eyni zamanda kimlərinsə təxribat törətmək istəkləri artıq demək olar ki, Almaniya tərəfindən tam rədd edilib. Əminəm ki, günahkarlar öz cəzalarını alacaqlar.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, Azərbaycan ənənəvi olaraq Almaniya ilə çoxşəxəli əməkdaşlığı həyata keçirib və indi bu əməkdaşlıq daha da genişləncək:

“Azərbaycan Almaniya ilə enerji, nəqliyyat, iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq edir və ölkəmiz bu istiqamətdə Almaniya üçün ciddi maraq kəsb edir. Ənənəvi enerji sahəsində olan əməkdaşlıqla bağlı onu deyə bilərəm ki, artıq yaşıl enerji sahəsində də mən geniş əməkdaşlıq gözləyirəm. Azərbaycan bu istiqamətdə çox ciddi irəliləyişlərə nail olub və biz istərdik ki, Almaniya ilə əməkdaşlıq, xüsusilə yaşıl enerji sahəsində, eyni zamanda azad edilmiş ərazilərdə də davam etdirilsin”.

A.Mollazadə söyləyib ki, Azərbaycan ənənəvi olaraq Almaniya ilə mədəniyyət, təhsil sahələrində çox ciddi əməkdaşlıq edib və bu əməkdaşlığın inkişafı üçün böyük bir potensial var: “Düşünürük ki, bu sahədə bizim əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyacaq”.

Deputat Almaniya liderinin səfərindən əvvəl baş vermiş təxribatların bundan sonra davam edəcə biləcəyini də istisna etməyib: “Belə hallar yenə də olacaq. Çünki bu kimi təxribatlara əl atanlar Azərbaycana, dünyaya düşmən gözü ilə baxırlar və qisas almaq istəyirlər. Onların fəaliyyəti məhz nifrət üzərində qurulub. Mən ilk növbədə erməni diasporasının və onlara bağlı olan qüvvələri nəzərdə tuturam. Amma əminəm ki, qarşılıqlı əməkdaşlıq bu cür mənfi halların qarşısını almaq üçün imkanlar yaradacaq. Təbii ki, onlar yenə də cəhdlər eədəklər, ona görə ki, belə təxribatlar bütün dünyada həyata keçirlir və yenə də davam olunacaq. Çünki zəngin, ancaq nifrətlə yaşayan müəyyən bir şəbəkəyə malik olan erməni icması öz təxribatlarını davam etdirəcək və korrupsiyaya qurşanmış qüvvələri də öz ətraflarına toplayacaqlar”. Ermənistanla sülh prosesi və Almaniyanın burada oynaya biləcəyi rola gəlincə, deputat deyib ki, Azərbaycan sülhə hazırdır və dəfələrlə bəyan edib ki, Ermənistanla sülh sazsişini imzalamaq üçün bizə hansısa bir platforma, hansısa bir təşkilat, ölkə lazım deyil: “Biz sülh sazişini sərhəddə də imzalaya bilərik. Bu, ikitərəfli proses davam etməlidir, sadəcə olaraq Ermənistan bu prosesdə səmimi olmalıdır, oyunlar oynamamalıdır. Azərbaycanın şərtlərinin qəbul etməklə biz sülh sazişini imzalaya bilərik. Biz bu məsələdə hansısa vasitəçi köməyinə də ehtiyac görmürük”.    

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri