Icma.az
close
up
RU
Azərbaycan Ukrayna əməkdaşlığı: çoxşaxəli inkişaf istiqamətləri

Azərbaycan Ukrayna əməkdaşlığı: çoxşaxəli inkişaf istiqamətləri

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin gələcək inkişaf perspektivlərini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq modelinin göstəricisidir.Dövlətlər arasında formalaşmış siyasi münasibətlər qarşılıqlı etimad və davamlı strateji dialoq üzərində qurulub. Son illər ərzində prezidentlərin görüşlərinin intensiv xarakter daşıması bu etimadın praktiki nəticələrə çevrildiyini təsdiq edir. Siyasi dialoqun əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər beynəlxalq gündəlikdə aktual olan məsələlərdə oxşar mövqedən çıxış edir, bu faktor həm regional sabitliyə töhfə verir, həm də hər iki ölkənin beynəlxalq nüfuzunu gücləndirir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış sənədlər isə münasibətlərin hüquqi-siyasi bazasını formalaşdıraraq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.Ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsipi Azərbaycan–Ukrayna münasibətlərinin ideoloji və siyasi təməlini təşkil edir. Bu prinsipin davamlı şəkildə qorunması tərəfdaşlığın uzunmüddətli xarakterini möhkəmləndirir. İqtisadi əməkdaşlıqda isə enerji sektoru xüsusi yer tutur. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Enerji təchizatı, yanacaq infrastrukturu və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi münasibətlərin əsas komponentlərini gücləndirir. Bununla yanaşı, investisiya qoyuluşlarının artırılması və ticari əlaqələrin genişləndirilməsi də əsas prioritetlərdəndir. Nəqliyyat, logistika və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və qarşılıqlı faydalılığın artmasına şərait yaradır. Bu istiqamətlər gələcəkdə əməkdaşlığın real iqtisadi nəticələrinin daha da genişlənəcəyindən xəbər verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.Müdafiə və sənaye sahəsində əməkdaşlıq da yeni inkişaf mərhələsində böyük perspektivlər formalaşdırır. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnoloji mübadilə və innovativ yanaşmalar üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq yalnız təhlükəsizlik məsələsi ilə məhdudlaşmır, eyni zamanda sənaye modernləşməsi və iqtisadi inkişafın mühüm komponentinə çevrilir. Birgə istehsal layihələri və texnoloji əməkdaşlıq tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə töhfə verir.Münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda daha geniş geosiyasi kontekstdə də önəm kəsb edir. Xüsusilə Münxendə keçirilən görüşlər və beynəlxalq platformalarda aparılan dialoq fonunda tərəflər qlobal proseslərdə koordinasiyalı fəaliyyətə üstünlük verir. Bu amillər isə regional təhlükəsizlik məsələlərində ortaq mövqenin formalaşmasına və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə xidmət edir.Beləliklə, səfər çərçivəsində aparılan müzakirələr bir daha təsdiqləyir ki, Azərbaycan–Ukrayna münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olub. Dövlətlərarası əlaqələr qarşılıqlı maraqların uzlaşması və strateji baxış əsasında formalaşan dayanıqlı və etibarlı tərəfdaşlıq modeli kimi çıxış edir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və əldə olunan razılaşmalar əməkdaşlığın konkret və məqsədyönlü hədəflər üzərində qurulduğunu əks etdirir.Beləliklə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri iki dövlət arasında əlaqələrin daha da möhkəmlənəcəyinə və yeni əməkdaşlıq imkanlarının reallaşacağına zəmin yaradır. Aparılan müzakirələr siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, eləcə də sənaye və təhlükəsizlik istiqamətlərində qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, iki dövlət arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi yaxın illərdə münasibətlərin daha genişlənəcəyinə və dərin məzmun kəsb edəcəyinə əlverişli şərait yaradır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri