Azərbaycan Almatıda IV Beynəlxalq Gənclər Festivalında təmsil olunur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 19 avqust, AZƏRTAC
Almatıda Türk Dövlətləri Təşkilatının (TDT) IV Beynəlxalq Gənclər Festivalının açılış mərasimi olub.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstanın cənub paytaxtı ilk dəfə olaraq “2025-ci il Türk dünyasının gənclər paytaxtı” statusuna layiq görülüb.
Açılış mərasimində Lənkəran şəhərinin nümayəndələri rəmzi açarı təntənəli şəkildə Almatı gənclərinə təhvil verib, bununla da qardaşlıq, etimad və yeni imkanlar estafetini davam etdiriblər.
Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri gənclər siyasəti, sahibkarlıq, vətəndaş fəallığı və sosial təşəbbüslərin inkişafı sahəsində layihələrin həyata keçirilməsində təcrübələrini bölüşəcəklər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















