Icma.az
close
up
RU
Azərbaycan apreldə Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub

Azərbaycan apreldə Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 3 milyard 715,07 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadən xəbər verir.

İxrac olunan ümumi qaz həcminin 3 milyard 609,35 milyon kubmetri uzunmüddətli müqavilələr əsasında, 105,72 milyon kubmetri isə spot mexanizmi üzrə təmin edilib.

Aprel ayında Azərbaycan Türkiyəyə 999,83 milyon kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 0,09 % azalma deməkdir. Bu həcmin 956,46 milyon kubmetri uzunmüddətli əsasda, 43,37 milyon kubmetri isə spot razılaşmalar çərçivəsində təchiz olunub.

Ümumilikdə, apreldə Türkiyə 4 milyard 60,82 milyon kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69,54 % artım deməkdir. Bunun 3 milyard 656,17 milyon kubmetri boru kəmərləri ilə (ümumi idxalın 90,04 %-i, 86,73 % artım), 404,65 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə (ümumi idxalın 9,96 %-i, 7,46 % azalma) həyata keçirilib.

Apreldə Türkiyənin qaz idxalında Azərbaycan ikinci yerdə qərarlaşıb və ümumi idxalın 24,62 %-i ölkənin payına düşüb. Birinci yerdə 44,81 %-lik payla Rusiya, üçüncü yerdə 17,41 %-lə İran, dördüncü yerdə isə 3,19 %-lə Türkmənistan olub.

Aprel ayında Türkiyəyə qaz altı ölkədən təchiz edilib: Azərbaycan, Rusiya, İran və Türkmənistandan boru kəmərləri ilə, ABŞ və Əlcəzairdən isə LNG tədarük edilib. Türkmənistandan qaz idxalı ilk dəfə qeydə alınıb və 129,63 milyon kubmetr təşkil edib.

Türkiyəyə Azərbaycan qazının tədarükü “Şahdəniz” yatağının işlənməsinin 1-ci və 2-ci mərhələləri çərçivəsində həyata keçirilir.

EPDK-nın məlumatına əsasən, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 11,9 % artım deməkdir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun daha əvvəl verdiyi açıqlamaya görə, bu il ölkə Türkiyəyə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyun 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri