Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
Türkiyə iyul ayında Azərbaycandan 1 milyard 1,31 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Bildirilir ki, iyulda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında birinci yerdə qərarlaşıb. Təbii qaz idxalında Azərbaycanın payı 32,69 faiz təşkil edib. Siyahıda ikinci sırada 948,49 milyon kubmetr (46,57 faiz azalma) ilə Rusiya və üçüncü yerdə 919,33 milyon kubmetr (7,61 faiz artım) ilə İran yer alıb.
İyulda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi ötən ilin eyni ayına nisbətən 0,29 faiz və ya 448 milyon kubmetr azalıb. Azərbaycan keçən ilin iyulunda Türkiyəyə 1 milyard 4,23 milyon kubmetr qaz ixrac etmişdi.
Cari ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan ümumilikdə 6 milyard 493,47 milyon kubmetr təbii qaz idxal edib.
Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Sentyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















