Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Azərbaycan aqrar sektoru yeni investisiya mərhələsində

Azərbaycan aqrar sektoru yeni investisiya mərhələsində

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi tezislər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin iqtisadi siyasətində yeni mərhələnin başlanğıcını nümayiş etdirir.  Bu proqram təkcə aqrar sektorun inkişaf sənədi deyil, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyi, regional inkişaf, qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və ixrac potensialının artırılması üzrə uzunmüddətli strateji yol xəritəsidir.
Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının kənd təsərrüfatının dirçəldilməsində oynadığı roldur. Son 20 ildə regionlarda qazlaşdırma, elektrik təminatı, yol infrastrukturu, su anbarları və suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün fundamental baza formalaşdırıb. Bu gün ölkədə qazlaşmanın 96 faizə çatması, elektrik enerjisinin tam təmin olunması, magistral və kənd yollarının yenilənməsi, Taxtakörpü və Şəmkirçay kimi strateji su layihələrinin istifadəyə verilməsi aqrar istehsalın genişlənməsi üçün mühüm iqtisadi üstünlüklər yaradıb.
Məhz bu infrastruktur siyasəti nəticəsində kənd təsərrüfatı artıq yalnız sosial sahə deyil, iqtisadi artımın əsas istiqamətlərindən birinə çevrilir.
Qlobal miqyasda davam edən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bütün dövlətləri daxili ərzaq istehsalını artırmağa vadar edir. Prezident İlham Əliyevin çıxışında da bu məqam xüsusi vurğulanıb. Azərbaycanın bəzi strateji məhsullar üzrə idxaldan asılılığı hələ də qalır. Xüsusilə buğda təminatında 55 faiz göstəricisi qəbuledilməz hesab edilir. Hazırda ölkədə 1 milyon 573 min ton daxili istehsala qarşı 1 milyon 267 min ton idxal mövcuddur. Bu isə göstərir ki, aqrar siyasətin əsas hədəfi yalnız istehsalın artırılması deyil, strateji məhsullar üzrə dayanıqlı təminat modelinin qurulmasıdır. Digər tərəfdən tərəvəz, meyvə, bostan məhsulları, şəkər, yumurta və bəzi digər istiqamətlər üzrə Azərbaycanın artıq ixracatçı ölkəyə çevrilməsi kənd təsərrüfatında rəqabət üstünlüyünün formalaşdığını göstərir.
Azərbaycan kənd təsərrüfatında subsidiyaların həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələr sırasındadır. Gübrə, yanacaq, güzəştli kreditlər və texnika təminatı fermerlərin istehsal imkanlarını genişləndirən əsas mexanizmlərdir. Lakin yeni mərhələdə əsas diqqət subsidiyaların çevik və nəticəyönümlü idarə edilməsinə yönəlir. Prezident İlham Əliyevin vurğuladığı kimi, subsidiya siyasəti bazar tələbi, ixrac imkanları və məhsuldarlıq göstəricilərinə uyğun şəkildə hər il yenilənməlidir. Bu yanaşma aqrar sektorda dövlət dəstəyinin daha effektiv istifadəsinə, resursların optimal bölgüsünə və rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verəcək. Son illərdə yaradılmış aqroparklar kənd təsərrüfatının sənayeləşməsi prosesində mühüm rol oynayıb.
Müasir texnika, innovativ suvarma sistemləri və rəqəmsal idarəetmə mexanizmləri məhsuldarlığın artmasına ciddi təsir göstərib. Məsələn, taxılçılıqda məhsuldarlıq hektardan 2 tondan 3,2 tona, pambıqçılıqda isə 1 tondan 3,6 tona yüksəlib. Qarşıya qoyulan əsas məqsəd bu göstəriciləri müvafiq olaraq 5 tona çatdırmaqdır. Burada süni intellekt, peyk texnologiyaları, elektron torpaq xəritələri və torpaq pasportlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma kənd təsərrüfatında resursların elmi əsaslarla idarə edilməsinə imkan yaradacaq. Yeni Dövlət Proqramının sosial-iqtisadi baxımdan ən mühüm istiqamətlərindən biri urbanizasiya prosesinin balanslaşdırılmasıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq və əksinə, şəhərdən kəndlərə qayıdış üçün şərait yaratmaqdır. Bu isə yalnız aqrar istehsalla deyil, kəndlərdə sosial infrastrukturun, xidmət sektorunun, təhsil və səhiyyə sisteminin inkişafı ilə mümkündür. Son illərdə regionlarda minlərlə məktəbin tikilməsi, müasir xəstəxanaların istifadəyə verilməsi və yeni məşğulluq imkanlarının yaradılması bu siyasətin praktiki nəticələridir. Azad edilmiş ərazilərdə həyata keçirilən su və aqrar infrastruktur layihələri kənd təsərrüfatının yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir. Suqovuşan, Sərsəng, Xaçınçay və Zabuxçay su anbarlarının bərpası, Bərgüşad və Həkəri layihələrinin icrası Qarabağ və Şərqi Zəngəzurun böyük aqrar potensialını hərəkətə gətirəcək.
Cənab Prezidentin qeyd etdiyi kimi, həmin ərazilərdə Azərbaycanın su ehtiyatlarının 25 faizi formalaşır. Bu isə gələcəkdə yüz minlərlə hektar torpağın müasir suvarma sistemləri ilə təmin olunmasına imkan yaradacaq. 2026–2030 Dövlət Proqramının ən mühüm iqtisadi xüsusiyyətlərindən biri dövlət və özəl sektor əməkdaşlığı modelidir. İlkin hesablamalara görə proqram çərçivəsində dövlət xətti ilə 2 milyard manatdan artıq, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Bu, aqrar sektorun artıq yüksək investisiya potensialına malik strateji iqtisadi sahəyə çevrildiyini göstərir.
Cənab Prezident çıxışında həm yerli, həm də xarici investorlara açıq çağırış etməsi Azərbaycanın kənd təsərrüfatında yeni sənaye və emal mərhələsinə keçdiyini göstərir. Xüsusilə pambıqçılıqda mahlıc ixracından hazır məhsul istehsalına keçid, intensiv bağçılıq, istixana kompleksləri və aqroemal sənayesinin genişləndirilməsi əlavə dəyər yaradan iqtisadi model formalaşdıracaq. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramı yalnız kənd təsərrüfatının inkişafına deyil, bütövlükdə Azərbaycanın iqtisadi modelinin transformasiyasına xidmət edir.
Yeni mərhələdə əsas prioritetlər: ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac imkanlarının genişləndirilməsi, aqrar emal sənayesinin inkişafı, regionlarda məşğulluğun artırılması, texnoloji modernizasiya və innovasiyaların tətbiqi olacaq. Hesab edirəm ki, cənab Prezidentin müəyyən etdiyi yeni strateji xətt kənd təsərrüfatını sosial dəstək sektorundan çıxararaq Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas lokomotivlərindən birinə çevirməyi hədəfləyir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri