Icma.az
close
up
RU
Azərbaycan Ordusu yeni inkişaf mərhələsində

Azərbaycan Ordusu yeni inkişaf mərhələsində

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

  26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətinin əldə etdiyi ən böyük uğurlardan biri olan qüdrətli Ordunun inkişaf yolunu dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Ordu quruculuğunu hər zaman xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev demişdir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.”

Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, daha geniş coğrafiyanın ən güclü hərbi qüvvələrindən biri kimi qəbul edilir. Bu nailiyyətlərin əsasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və ardıcıl ordu quruculuğu siyasəti dayanır. Son iki onillikdə Azərbaycanda müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Ordunun maddi-texniki təminatının müasirləşdirilməsi, yeni silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu müasir müharibələrin tələblərinə cavab verən çevik və yüksək hazırlıqlı hərbi quruma çevrilib.

Bu inkişafın mühüm istiqamətlərindən biri ölkədə hərbi sənaye kompleksinin yaradılması olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan milli müdafiə sənayesi bu gün Azərbaycan Ordusunun ehtiyaclarının əhəmiyyətli hissəsini yerli istehsal hesabına təmin etməyə imkan verir. Müxtəlif növ hərbi texnika, pilotsuz uçuş aparatları, zirehli maşınlar və digər hərbi təyinatlı məhsulların istehsalı müdafiə qabiliyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, dünyanın aparıcı ölkələri ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi Ordunun imkanlarını daha da artırıb.

 Azərbaycan Ordusunun güclənməsində müdafiə xərclərinin davamlı şəkildə artırılması da mühüm əhəmiyyət daşıyır. Son illərdə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə yüksəlməsi Silahlı Qüvvələrin maddi bazasının möhkəmləndirilməsinə, müasir silah sistemlərinin alınmasına və hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradıb. Hərbi qulluqçuların mənzillərlə təmin olunması, əməkhaqlarının artırılması və sosial müdafiə tədbirləri dövlətin öz müdafiəçilərinə verdiyi yüksək dəyərin göstəricisidir. Müasir dövrdə ordu quruculuğunun əsas istiqamətlərindən biri də peşəkar hərbi təhsil sisteminin təkmilləşdirilməsidir. Milli Müdafiə Universitetinin yaradılması, hərbi institutların fəaliyyətinin yenidən təşkili və gənclərin hərbi təhsilə cəlb olunması məqsədilə qəbul edilən yeni təşviq mexanizmləri gələcəyin peşəkar zabit korpusunun formalaşdırılmasına xidmət edir. Bu siyasət Azərbaycan Ordusunun kadr potensialını daha da gücləndirir. 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə əsasında Komando hərbi hissələrinin yaradılması da ordunun inkişafında yeni mərhələ açıb. Yüksək hazırlıqlı şəxsi heyətlə komplektləşdirilən bu bölmələr mürəkkəb döyüş şəraitində əməliyyatların uğurla icrası üçün nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər idarəetmə və əməliyyat qabiliyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazandı, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam şəkildə bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını, yüksək texnoloji imkanlarını və döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri qalib Ordunun şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Ordumuz daim yenilənir, müasirləşir və qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır vəziyyətdə saxlanılır. Silahlı Qüvvələr Günü münasibətilə hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin ən etibarlı təminatçısı məhz güclü, peşəkar və qalib Azərbaycan Ordusudur.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyun 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri