Azərbaycan arxeoloqları Qazaxıstanda beynəlxalq yay məktəbində iştirak ediblər
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 avqust, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Lola Hüseynova və Zümrüd Mehdiyeva Qazaxıstanın Semey şəhəri yaxınlığında yerləşən Kokentau arxeoloji kompleksində keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Milli Elmlər Akademiyasının A.X.Marqulan adına Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan proqramda iştirakçılar müasir arxeoloji tədqiqat üsullarını öyrənib, o cümlədən maqnitometr-qradometr, GNSS qəbulediciləri və pilotsuz uçuş aparatları ilə işləmə bacarıqlarına yiyələniblər. Onlara, həmçinin ortofotoplanların və 3D modellərin hazırlanması texnikası praktiki şəkildə öyrədilib.
Yay məktəbinə Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan mütəxəssislər qatılıb. Təlimin sonunda iştirakçılar A.X.Marqulan adına Arxeologiya İnstitutunun direktoru Akan Onqaruli tərəfindən sertifikatlarla təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















