Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq fənn olimpiadasında iştirak edir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Astanada keçirilən riyaziyyat, fizika və kompüter elmləri üzrə “IZhO – 2025” XXI Beynəlxalq Jautıkov Olimpiadasına start verilib.
AZƏRTAC Qazaxıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, olimpiadada müxtəlif ölkələrdən 700-ə yaxın məktəbli və 150 rəhbər iştirak edir. Azərbaycan da iştirakçı ölkələr sırasında yer alır.
Olimpiada beş gün davam edəcək və iki turdan ibarət olacaq. Tapşırıqlar mürəkkəbliyinə görə ixtisaslaşdırılmış siniflərin proqramına uyğundur və beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilib.
Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Məqsəd tələbələr arasında fizika-riyaziyyat elmlərini təşviq etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq əlaqələri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















