Azərbaycan Astanada su ehtiyatlarının idarə olunması üzrə beynəlxalq seminarda iştirak edir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astana, 31 yanvar, AZƏRTAC
Astanada Yaşıl İqlim Fondunun dəstəyi ilə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən “Glacier to Farm” (“Buzlaqlardan fermalara”) adlı (G2F) proqramına həsr olunmuş seminar keçirilir.
AZƏRTAC Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, proqram su ehtiyatlarının kompleks idarə edilməsi, kənd təsərrüfatında dayanıqlı suvarma üsullarının və innovativ texnologiyaların tətbiqi məsələlərini əhatə edir.
Seminar Özbəkistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Pakistan kimi ölkələrin nümayəndələrini və regional səviyyədə fermerlərin qorunması, davamlı su təchizatı və ərzaq təhlükəsizliyi üçün etibarlı bazanın təmin edilməsi məsələlərini müzakirə etmək üçün beynəlxalq təşkilatların ekspertlərini bir araya gətirən mühüm tədbirdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 31 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















