Azərbaycanlı mütəxəssislər Astanada hematologiya üzrə beynəlxalq konfransda iştirak ediblər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Astana, 13 oktyabr, AZƏRTAC
Astanada “Hematologiya və sümük iliyinin transplantasiyasının aktual problemləri” adlı III Beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın Qazaxıstan Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Çin və Özbəkistandan 300-dən çox mütəxəssis – hematoloq, onkoloq, kimyaterapevt, transplantoloq, patoloq iştirak edib.
Konfransın proqramı kəskin leykoz və limfomanın innovativ müalicə üsullarından tutmuş müasir sümük iliyi transplantasiyası texnologiyalarına qədər geniş mövzuları əhatə edib.
Ən son klinik sınaq nəticələrinə, diaqnostikaya yeni yanaşmalara, müalicənin fasiləsizliyinə, ixtisaslaşmış qayğının təşkilinə xüsusi diqqət yetirilib.
Konfrans təcrübə, elmi nailiyyətlər və klinik təcrübə mübadiləsi üçün platforma yaradıb. Burada müxtəlif ölkələrdən olan mütəxəssisləri ümumi məqsəd birləşdirib: hematoloji xəstəliklərin müalicəsini daha əlçatan, keyfiyyətli etmək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















