Icma.az
close
up
RU
“Azərbaycan Atabəyləri” filmi işğaldan azad Laçında nümayiş olunacaq

“Azərbaycan Atabəyləri” filmi işğaldan azad Laçında nümayiş olunacaq

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində “Lacinema” Kino Mərkəzində baş tutacaq.
Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır. Hesab edirik ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq, məskunlaşan yerli əhali tərəfindən maraqla qarşılanacaq. Digər tərəfdən filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuralltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır
“Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir. Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır. Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr – Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırırkən, İlqar Mehti isə Qara Sungur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqıfoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Cəngər Çavlı), Səmimi Fərhad (Vəzir El Həzni), Samir Qulamov (Gəncə), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi) və Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud), kimi azərbaycanlı sənətçilər də yer alır. Filmdə həmçinin, 300-dən çox aktyor epizodları canlandırıb. Ümumilikdə, yaradıcı heyətdə 500 nəfərdən çox insan çalışıb.
Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslər istifadə olunub. 1000-ə yaxın xüsusi geyimlər hazırlanıb, yüzlərlə əlbəsə, rekvizitlər, aksessuarlar istehsal edilib və satın alınıb. Filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahildir və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəslidir.
Qeyd edək ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər Əliyev Mərkəzində baş tutub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri