Icma.az
close
up
RU
“Azərbaycan Atabəyləri”

“Azərbaycan Atabəyləri”

Icma.az, Sia Az saytına istinadən bildirir.

Son günlər Azərbaycan incəsənəti tarixindən baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Atabəyləri” filiminin premyerası oldu. Azərbaycan Televiziyası, "Şahdağfilm" və Türkiyənin "İkinciYeni Film" prodüser şirkətlərinin birgə istehsalı olan belə bir bədii-sənədli filmin ərsəyə gəlməsi milli kinematoqrafiyamızın salnaməsinə qızıl hərflərlə yazıldı və düşünürəm ki, bütün türk dünyasında böyük əks-səda yaradacaq.

Ümumiyyətlə, Azərbaycanda tarixi kinonun ənənəsi güclü və zəngin deyil. İstər keçmiş Sovet dövründə, istərsə də müstəqillik əldə etdiyimiz gündən bəri hesablasaq, barmaqla sayılacaq tarixi filmlər çəkilib ki, bunların da əksəriyyəti bədii-estetik, dramaturji, ssenari, eləcə də, rejissor və aktyor işi baxımından uğursuzdur.

Ümumiyyətlə, Erkən Orta Əsrlər Azərbaycan mədəniyyəti, yaşayış tərzi kinolarımızda demək olar ki, öz əksini tapmayıb.

Bu günə qədər Atabəylər dövləti milli kinematoqrafiyamızın diqqətindən kənarda qalıb. Lakin çox əhəmiyyətli olan və xüsusilə Səlcuqlar dövründə bu coğrafiyaya bu qədər tarixi şəxsiyyətlərin bəyaz pərdəyə çıxması baxımından “Azərbaycan Atabəyləri” filiminin kinematoqrafiyamızda mövcudiyyəti böyük önəm daşıyır.

Həmin dövrlə bağlı yeganə “Nizami” filmi çəkilib. O da Sovet ideologiyasının diqtəsi ilə…

Film barədə qısa məlumat kimi qeyd edək ki, adından göründüyü kimi sözü gedən filmdə 1136–1225-ci illərdə Azərbaycanı, Şərqi Anadolunu, Şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət olan Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın I böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur.

Filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və "İkinciYeniFilm"i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Filmdə dünya şöhrətli döyüşçü Şəmsəddin Eldəniz rolunda dünya şöhrətli əlbəyaxa döyüş ustası Zabit Səmədov, Qara Sunqur rolunda İlqar Mehti çəkiliblər. Digər əsas rollarda isə "Xalq artisti" Mehriban Əzki (Möminə Xatun), "Əməkdar artist" Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər yer alıblar.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Kadrarxası mətni "Xalq artisti" Fəxrəddin Manafov səsləndirib.

“Azərbaycan Atabəyləri” filmi tariximizə də yeni faktlar gətirib. Bu, Şəmsəddin Eldənizlə Gəncə hakimi arasında əlaqədir. Süjet ayrı-ayrılıqda inkişaf etdirilsə də, filmdə vahid kontekstdə əks olunub.

Filmdə emosional və məzmunca güclü, təsirli səhnələr, dialoqlar təkcə peşəkar akyor oyununun yox, eyni zamanda dəqiq seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı pauzalar, rəssam işi və s. sayəsində baş tutur.

Obrazların lakonik dialoqu, effektiv, dolğun portret planları, psixoloji mizanlar filmin mahiyyətini dəqiq xarakterizə edir.

Ümumiyyətlə, kişi obrazların qəhrəmana, cəngavərə xas xarizması, duruşu, ikinci plandakı mükəmməl oyunları, çətin psixoloji vəziyyətlərdə sükutla, bədən diliylə təmkinli ifa, gözlərlə danışmaq, səsinin, intonasiyasını gücü, soyuqqanlı və emosional vurğuları doğru zamanlaya bilməsi, o cümlədən mükəmməl döyüş səhnələri filmin uğurunu təmin edir.

Məlumdur ki, tarixi filmləri yaddaqalan edən təkcə məzmunu deyil, həm də cəlbedici döyüş səhnələridir. “Azərbaycan Atabəyləri” filmində istər aktyorların geyimləri, özlərini əsl Orta Əsrlərdə yaşamış igidlər kimi göstərməsi, həyacanlı aksion səhnələri yaratmaq qabiliyyətləri və səs effektləri vacib kriteriyalar göz önünə gəlir.

Bu baxımdan filmdə aktyorların kameranın önündə obrazı yaşaması, bu rolları tamaşaçıların yaddaşına o dövrdən gəlmiş həqiqi qəhrəmanlar kimi həkk edir. Xüsusən, Qara Sunqur və Şəmsəddin Eldənizin önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din (dinin günəşi) titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır.

Son zamanlar Azərbaycan efirlərində milli mentalitet, xüsusən ailə dəyərlərimizə böyük zərbə vuran verilişlərin çoxluq təşkil etməsi, sosial şəbəkələrdə insanların necə “insanlıqdan çıxması”nı demək olar ki, hamımız böyük təəssüf hissi ilə müşahidə edirik.

Filmi seyr etdikcə adam həqiqətən o illərə, ailə dəyərlərinin möhkəm olduğu zamana getmək istəyir. Çünki bu film zəmanəmizin insanını o dövrə aparmaqla yanaşı, bu günki dəyərlərimiz arasında birbaşa bağın mövcud olmasına inandırır.

Bugünkü ictimai-siyasi reallıqlar fonunda kinematoqrafçılarımızın yaratdığı bu cür dəyərli kino əsərləri milli-mənəvi dəyərlərimizin təbliğində və yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti çox böyükdür. Çünki tarixdə Azərbaycan ilk dəfə Atabəylər dövründə bütövləşib.

Bu mənada filmin ideyası və hədəfi tarixi yaddaşımızın təzələsə də, bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Xüsusi təmkinliklə hadisələrə izahat verilməsi, o dövr barədə əhatəli təsəvvür yaratmaq üçün olduqca vacibdir.

Filmdə diqqəti cəlb edən məsələlərdən biri də Zəngəzur yolu ilə karvanların işləməsini əks etdirən epizodlardır ki, onlar tarixi həqiqət olmaqla yanaşı bu günümüzə verilən ismarıclardır.

Son illər dünya kinematoqrafiyasında tarixi mövzularda çoxlu uğurlu filmlər ərsəyə gətirlib. Xüsusən, qardaş Türkiyədə bu janrda çəkilən filmlərə tamaşa etdikcə içimdə bir həzin qibtə hissi yaranırdı. Ona görə də, tariximizi özündə əks etdirən, yeni dövrdə yeni ənənələrə söykənən filmlərimizin meydana çıxmasını səbirsiliklə gözləyirdim. Baxmayaraq ki, bunun o qədər də asan məsələ olmadığı bir həqiqətdir. Amma əsas ilk addımı atmaq idi. “Azərbaycan Atabəyləri” filmini izlədikdən sonra əmin oldum ki, nəhayət bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq. Bu baxımdan, “Azərbaycan Atabəyləri” olduqca böyük nailiyyətdir. Ona görə də, başda Azərbaycan Televiziyası olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.

İltifat HACIXANOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri