Icma.az
close
up
RU
“Azərbaycan Avrasiya Parlamentində prinsipial mövqeyini nümayiş etdirir” Kamran Bayramov

“Azərbaycan Avrasiya Parlamentində prinsipial mövqeyini nümayiş etdirir” Kamran Bayramov

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Avrasiya Parlament Assambleyası ilk olaraq dövlətlər arasında dialoq və qarşılıqlı etimad platforması kimi yaradılmışdı. Lakin zaman keçdikcə bu qurum bərabərlik və obyektivlik prinsiplərindən uzaqlaşaraq, daha çox siyasi təzyiq rıçaqlarına çevrilmişdir. Avropa Parlamenti xüsusilə Ermənistan-Azərbaycan məsələsində qərəzli və birtərəfli mövqeyi ilə seçilir”. SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Kamran Bayramov bildirib.Deputat vurğulayıb ki, Avropa Parlamenti illərdir Azərbaycanın beynəlxalq hüquqa uyğun addımlarını görməzdən gəlir, əksinə Ermənistanın işğal faktını belə nəzərə almadan qərəzli qətnamələr qəbul edir: “Avropa Parlamenti Qarabağda yaşayan ermənilərin hüquqlarından danışır, amma Ermənistandan deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqlarını tanımaq istəmir. Bu, beynəlxalq hüququn selektiv tətbiqidir”.Kamran Bayramov qeyd edib ki, buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesi real irəliləyiş mərhələsindədir: “Azərbaycan Ermənistan üçün tranzit və iqtisadi əlaqələrin bərpası ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaqla konstruktiv mövqe nümayiş etdirir. Bu addımlar qarşılıqlı etimadın formalaşmasına xidmət edir”.Deputat əlavə edib ki, bəzi xarici siyasi dairələr sülh prosesinin dərinləşməsini əngəlləməyə çalışır, regionda köhnə düşmənçilik münasibətlərini yenidən canlandırmağa cəhd edir: “Avropa Parlamenti bu məsələlərə emosional və qərəzli yanaşaraq regionda gərginlik yaratmağa xidmət edir. Bu, nə sülhə, nə də regionun inkişafına töhfə vermir”.Onun sözlərinə görə, Azərbaycanın Avrasiya Parlament Assambleyasının iclasında iştirakdan imtina etməsi təsadüfi qərar deyil: “Bu qərar Azərbaycanın milli maraqlara əsaslanan, prinsipial və müstəqil siyasətinin göstəricisidir. Biz siyasi populizmə yox, real sülhə, əməkdaşlığa və beynəlxalq hüquqa əsaslanan münasibətlərə üstünlük veririk”.Kamran Bayramov çıxışının sonunda bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır, lakin qərəz qarşısında susmayacaq: “Dövlətimizin mövqeyi aydındır: bölgədə sülh yalnız real faktlara əsaslanan ədalətli yanaşma ilə mümkündür. Azərbaycana qarşı ikili standartlar son tapmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri