Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Azərbaycan Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ŞƏRH

Azərbaycan Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Qlobal geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə Avropa İttifaqı (Aİ) enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini sistemli şəkildə davam etdirir. Bu strategiyada Azərbaycanın rolu ildən-ilə daha da artır. Əgər bir neçə il əvvəl əməkdaşlığın əsas istiqaməti təbii qaz ixracı idisə, bu gün tərəfdaşlıq daha geniş və uzunmüddətli strateji məzmun alıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, Azərbaycan Avropa İttifaqının yalnız etibarlı enerji təchizatçısı deyil, həm də qitənin yeni enerji və iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında əsas strateji tərəfdaşlardan biri hesab olunur.

"Aİ-Azərbaycan əməkdaşlığı artıq enerji sektorunun hüdudlarını aşaraq bərpaolunan enerji, yaşıl elektrik enerjisi və gələcəyin enerji mənbəyi hesab olunan yaşıl hidrogen ixracı layihələrini əhatə edir. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri və digər strateji istiqamətlər də bu əməkdaşlığın tərkib hissəsinə çevrilib.

Son illər Avropa ilə Mərkəzi Asiya və Çin arasında alternativ ticarət marşrutu kimi formalaşan Orta Dəhliz mövcud geosiyasi şəraitdə getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, son 10-15 ildə ölkədə yaradılmış müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və logistika sahəsinə qoyulan digər iri investisiyalar ölkəmizi bu marşrutun əsas həlqəsinə çevirib. Bu gün Azərbaycan artıq Avrasiyanın ən mühüm tranzit və logistika qovşaqlarından birinə çevrilməkdədir.

Bu, təkcə tranzit gəlirlərinin artması demək deyil. Eyni zamanda, xarici investisiyaların genişlənməsi, beynəlxalq ticarətin inkişafı və Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyinin daha da güclənməsi deməkdir",- deyə Y. Hacızadə vurğulayıb.

İdarə Heyətinin üzvü qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi. Bu tarixi Zəfər, eyni zamanda, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı, regionu beynəlxalq enerji, nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi strateji məkan kimi daha da ön plana çıxardı.

Zəfərimizin Cənubi Qafqaza gətirdiyi iqtisadi əhəmiyyət xüsusilə vurğulanmalıdır. Çünki dayanıqlı sülhün təmin olunması yeni nəqliyyat kommunikasiyalarının açılmasına, regional ticarətin genişlənməsinə, iri infrastruktur layihələrinin həyata keçirilməsinə və milyardlarla investisiyanın cəlb edilməsinə geniş imkanlar yaradıb.

Nəticədə regionun investisiya cəlbediciliyi artıb, beynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb və Cənubi Qafqaz qlobal enerji, logistika və ticarət marşrutlarının strateji mərkəzlərindən biri kimi dünya siyasi-iqtisadi gündəmində daha mühüm yer tutmağa başlayıb.

"Bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafını özünün uzunmüddətli iqtisadi və geosiyasi strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində, alternativ nəqliyyat marşrutlarının inkişafında, rəqəmsal əlaqəliliyin gücləndirilməsində və yaşıl iqtisadiyyatın təşviqində əsas tərəfdaşlardan biridir. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində də mühüm tərəfdaş kimi çıxış edir.

Avropa Komissiyasının prezidentinin Bakıya səfəri Avropa İttifaqının strateji əhəmiyyətə malik Cənubi Qafqaz regionunda uzunmüddətli iştirakını və mövqeyini daha da gücləndirmək niyyətinin aydın göstəricisidir. Bu isə həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Artıq söhbət yalnız enerji əməkdaşlığından deyil, genişmiqyaslı strateji tərəfdaşlıqdan gedir", – deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri