Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Qazaxıstan Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub Səfir

Qazaxıstan Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub Səfir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib.

525.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik mənbələrin formalaşdırılması istiqamətindəki birgə işin əhəmiyyətini vurğulayıb.

BMTM sədri ekspert şuralarının iclaslarını gələcəkdə Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin iştirakı ilə birgə keçirilməsinin mümkünlüyü qeyd edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə toxunan diplomat bu layihələrin regionla yanaşı, qlobal səviyyədə də mühüm töhfələr verəcəyini bildirib.

Alim Bayel cari ilin martında Bakıda ilk dəfə keçirilən Qazaxıstan universitetlərinin təhsil sərgisində 23 universitetin təmsil olunduğunu, 1000-ə tələbənin iştirak etdiyini və bu təşəbbüsün akademik səviyyədə əlaqələr üçün əhəmiyyətini qeyd edib.

Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstanın bir-birinə daim qarşılıqlı dəstək nümayiş etdirdiyini söyləyən səfir hər iki ölkə üçün türk inteqrasiyasının prioritet istiqamət olduğunu diqqətə çatdırıb.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov son illərdə iki ölkə arasında münasibətlərin intensivləşməsi, Azərbaycanın Qazaxıstanın Cənubi Qafqazdakı əsas tərəfdaşı olduğunu və bu tərəfdaşlığın ortaq strateji baxış və qarşılıqlı dəstəyə əsaslandığı bildirib:

 “Bu il biz əlamətdar tarixi-Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. Dövlət başçılarımız, demək olar, hər il görüşür”.

Y. Tukumov Qazaxıstanın hazırda iqtisadiyyatın yenidən qurulması və diversifikasiyası sahəsində mühüm işlər gördüyünü qeyd edib:

“Nəqliyyat və tranzit dinamikasında əhəmiyyətli artım var. Təkcə son bir ildə Transxəzər marşrutu üzrə daşımaların həcmi 62% və ya 4,5 milyon ton yük artıb. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcmi 1,4 milyon ton təşkil edib və biz ortamüddətli perspektivdə bu həcmin ildə 2,2 milyon tona çatacağını gözləyirik”.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov ikitərəfli münasibətlərin artan dinamikasının məmnunluq doğurduğunu, Qazaxıstan tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu qeyd edib. R. Kazımov beynəlxalq platformalarda ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü, COP29 çərçivəsində “COP atəşkəsi” və digər təşəbbüslərimizlə bağlı Qazaxıstanın ölkəmizə dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb.

Daha sonra BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı “Qazaxıstan-Azərbaycan: aktual məsələlər və ikitərəfli əməkdaşlığın perspektivləri” sərlövhəli icmalı (https://aircenter.az/uploads/DnMA14IGFxzC.pdf ) təqdim edib. R. Bayramlı bildirib ki, Azərbaycan-Qazaxıstan ekspert qrupunun üzvlərinin məqalələrinin əks olunduğu icmal Bakı-Astana əməkdaşlığının siyasi, iqtisadi, humanitar, enerji gündəmindəki aktual məsələləri əhatə edir.

Daha sonra Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru Talqat Kaliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktorunun müavini Ramin Qəmbərov, Qazaxıstanın Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz Limanları İdarəsinin rəisi Jasulan Kerimbayev, İqtisadi Tədqiqatlar İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Qlobal İqtisadiyyat və Davamlı İnkişaf Departamentinin baş eksperti Baurjan Umirzakov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin çıxışları dinlənilib.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında 2022-ci ilin mayında imzalanan Anlaşma Memorandumuna əsasən, hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır.

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının I iclası 2022-ci ilin avqustun 19-da, ikinci iclas 2023-cü ilin aprelin 7-də, üçüncü iclas isə 2024-cü ilin martın 13-də keçirilib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri