Azərbaycan Avropa İttifaqı münasibətlərində yeni bir mərhələ başladı
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir mərhələ başladı.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanın dünyada artan nüfuzu və qətiyyətli addımları bir daha göstərdi ki, Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrdə yeni bir mərhələ başladı: “Bu gün artıq bəzi Avropa ölkələrinin bizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyaları və şər-böhtan nəticəsiz qalıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu gün Azərbaycanı siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi göstərir və bunu bütün dünya qəbul edir”.
Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan elə bir mövqedə və gücdədir ki, biz olmadan Cənubi Qafqazda heç bir irimiqyaslı işlər görülə bilməz: “Elə Avropa İttifaqının da Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Son vaxtlar Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə telefon danışığı, vropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Avropa İttifaqının Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunələridir. Bu münasibətlər də bizim gücümüzün nəticəsidir. Qətiyyətimiz sayəsində bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Vaxtilə Ermənistan Avropa İttifaqı ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Avropa İttifaqında bu cəhdləri dəstəkləyən qüvvələr də var idi. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Bizim həm Avropa, həm də Çinlə yeni strateji əlaqələrimiz ölkə olaraq qüdrətimizin göstəricisidir. Bu baxımdan Azərbaycanla münasibətlərin normallaşması Avropa ölkələri üçün də məqsədəuyğundur. Odur ki, Prezident İlham Əliyevin Avropa liderləri ilə ikitərəfli görüşləri Azərbaycan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycan Avropa İttifaqı münasibətlərində yeni mərhələ ŞƏRH
12 Mart 2026 12:01
Azərbaycan Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi
29 Aprel 2025 11:04
Avropa İttifaqı Azərbaycan münasibətlərində canlanma müşahidə olunur
22 Oktyabr 2025 13:09
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda yeni mərhələ
02 İyul 2026 15:47
Azərbaycan Avropa İttifaqı münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional əməkdaşlıq
06 İyul 2026 16:03
Baxış sayı:96
Bu xəbər 18 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları