Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Azərbaycan Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi

Azərbaycan Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan - Avropa İttifaqı (Aİ) münasibətlərində yeni bir mərhələ başlayır. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ötən həftə sonu Bakıya səfəri və verilmiş bəyanatlar bunu deməyə əsas verir. Ümumilikdə, xanım Kallasın səfəri Azərbaycan - Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, bir daha aydın oldu ki, Aİ Azərbaycanın əhəmiyyətini, onun regionda mühüm oyunçu olduğunu, geosiyasi önəmini qəbul edir və münasibətləri yeni səhifədən başlamaq istəyir. 

Xanım Kallasın səfəri zamanı enerji, nəqliyyat, təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər diqqətdə olub.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən ali nümayəndə Avropa İttifaqının Bakı ilə əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. O, Aİ ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini söyləyib. Nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafında hər zaman maraqlı olub. Tərəflər arasında bir sıra sahələr üzrə əməkdaşlıq qurulub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rola malikdir. Hazırda Azərbaycan Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Son illər isə yeni istiqamət olaraq Avropa ilə bərpa olunan enerji sahəsində də əməkdaşlığa başlanılıb. Prezident İlham Əliyev xanım Kallasla görüş zamanı bu məqama diqqət çəkərək deyib ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Prezident İlham Əliyev həmin mərasimdə bu sazişi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfə adlandırıb. Dövlət başçısı bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir.

Ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində isə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı bu layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Başqa sözlə, bu, yeni "yaşıl enerji dəhlizi"nin yaradılması deməkdir. Beləliklə, Azərbaycan ənənəvi enerji ilə yanaşı, yaşıl enerji təhlükəsizliyinin təmini məsələsində də vacib aktora çevrilmək imkanlarına malikdir.

Azərbaycan Prezidenti görüşdə bildirib ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Bu günlərdə "Mərkəzi Asiya - Avropa İttifaqı" sammitində çıxışı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə "yaşıl enerji"nin Avropa İttifaqı bazarına ötürülməsi üçün Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır. Göründüyü kimi, Azərbaycan hər bir baxımdan həm region, həm Avropa İttifaqı üçün vacib rola malik tərəfdaşdır.

Digər mühüm mövzu isə təbii ki, regional təhlükəsizlikdir. Nəqliyyat, kommunikasiyaların inkişafı üçün regional təhlükəsizlik önəm daşıyır. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra

Azərbaycan - Ermənistan sülh prosesində vasitəçi kimi çıxış etməyə çalışan Aİ, özünü doğrulda bilmədi. Bu istiqamətdə müəyyən addımlar atılıb, görüşlər təşkil edilsə də, təəssüf ki, daha sonra Aİ neytral qala bilmədi, Azərbaycana qarşı təzyiq ritorikasını işə salmağa çalışdı. Əlbəttə ki, bu, Fransanın əli ilə baş verdi, amma Aİ rəhbərliyi də Fransanın pozucu mövqeyi qarşısında geri çəkildi. Bu gün artıq yanaşma dəyişib. Hər kəs anlayır ki, Azərbaycanla təzyiq dilində danşmaq, öz şərtlərini diktə etmək mümkün deyil. Əks halda, itirən tərəf elə özləri olur. Aİ də əvvəldən bu siyasətinin yanlış olduğunu anlamalı idi. İkincisi, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçiyə heç bir ehtiyac yoxdur. Tərəflər özləri danışır, hansısa məsələlərdə razılığa gəlir və s. Xanım Kallas Bakıda söyləyib ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk. O, eyni zamanda Azərbaycanı regionda əhəmiyyətli tərəfdaş adlandırıb və əlaqələrin gücləndirilməsi baxımından gözləntilərinin olduğunu söyləyib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev mövzu ilə bağlı bildirib ki, Azərbaycan ərazi baxımından kiçik bir dövlət ola bilər. Amma xüsusilə son proseslər onu göstərdi ki, Avrasiya məkanında cərəyan edən hadisələrdə mərkəzi dövlət olmağı bacarmışıq: "İstər Ukrayna-Rusiya məsələsi, istər Yaxın Şərqdə cərəyan edən hadisələr, istər Mərkəzi Asiya baxımından bir çox məsələlərin müzakirəsi, görüş yeri Azərbaycandır. Əlbəttə ki, bütün bunlar bir günün deyil, illərlə aparılan etibarlı, davamlı, müstəqil xarici siyasətin nəticəsdir".  

Ekspert bildirib ki, Azərbaycan hər zaman Aİ ilə əməkdaşlığa üstünlük verib: "Bunun obyektiv və subyektiv səbəbləri var idi. Obyektiv səbəbləri ondan ibarət idi ki, Aİ-nin Azərbaycanın təbii qazına və neftinə ehtiyacı var idi, bunun nəticəsində bu gün Aİ-Azərbaycanın xarici ticarətində birinci yerdədir. 90-cı illərdə ticarətin mərkəzi Avropada idi, bununla əlaqədar olaraq onlarla həm enerji sahəsində, həm də nəqliyyat sahəsində əməkdaşlığımız inkişaf edirdi. Amma təəssüf ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Aİ-dən fərqli yanaşmalar görməyə başladıq. Qarabağ zəfərindən sonra Azərbaycan siyasəti ilə bağlı Aİ-nin öz içində də mübarizə var idi. Bir tərəfdən Fransanın rəhbərlik etdiyi bir qrup var idi ki, Azərbaycanla Aİ arasında münasibətlərin inkişaf etməsinə çox ciddi şəkildə zərər verirdilər. Adətən Aİ-nin Azərbaycan, Cənubi Qafqaz siyasətini monopoliyaya almağa çalışırdılar. Digər tərəfdən mən  deyərdim ki, Aİ-nin içində fərqli yanaşmalar da var idi. Kallasdan əvvəl Aİ-nin ali nümayəndəsi Cozef Borell Azərbaycana qarşı çox neqativ və subyektiv mövqe sərgiləyirdi. Ermənistana silah yardımının göstərilməsində aparıcı şəxslərdən biri idi".

O hesab edir ki, Aİ-nin Azərbaycana yönəlik siyasətinin belə yekunlaşacağı bəlli idi: "Çünki Avropa ölkələrinin əsas enerji mənbəyi olan Azərbaycandan belə vəziyyətdə asan şəkildə imtina etmək onlar üçün mümkün deyildir. Aİ-dəki Fransanın liderliyi ilə Cənubi Qafqaz siyasəti üzrə monopolist qrup var idi, onlar düşünürdülər ki, Azərbaycana təzyiq edib istənilən nəticəni ala biləcəklər. Ətrafdakı bəzi ölkələrlə də əməkdaşlıq edərək Azərbaycanı sıxışdırmağa çalışacaqlar. İstədikləri nəticəni əldə edə bilmədikdə tam tərsinə Azərbaycan xarici siyasətində sonuncu hadisələrin də göstərdiyi kimi daha çox hərəkət sahəsi qazandığı üçün onlar geri çəkildilər, daha nisbətən praqmatik və rasional qərar verən şəxslər ön plana çıxdılar ki, Azərbaycanla münasibətlərdə nisbətən yeni bir dövr başlatmağa çalışsınlar".

C.Vəliyev deyib ki, 2022-ci ilin iyul ayında Azərbaycanla Aİ arasında imzalanan enerji sahəsindəki müqavilədə əsas hissələrdən biri yaşıl enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi idi. Azərbaycanın həm yaşıl enerji istehsalçısı, həm tranzit ölkə olaraq burda əhəmiyyəti artıb: "Ənənəvi və yaşıl enerjidən başqa, bu gün Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran eyni zamanda nəqliyyat dəhlizləridir. Orta dəhlizin inkişaf etdirilməsi Avropa üçün olduqca vacibdir. Çünki Rusiya üzərindən təkcə enerji idxalı azalmadı, eyni zamanda, nəqliyyat xətti də azaldı. Bu gün ABŞ ilə ticarəti azalan Avropanın Çinlə ticarətə ehtiyacı var. Bunu necə reallaşdıracaq? Təbii ki, Orta Dəhliz vasitəsilə. Bu dəhliz isə Azərbaycandan keçir. Ona görə də Avropa Azərbaycanı sıxışdırmağa çalıırdı, amma bəlli idi ki, bunu davam etdirə bilməyəcək. Çünki dünyada baş verən proseslər Avropanın gələcəkdə Azərbaycana ehtiyacının daha da artacağını göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see299

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see223

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see206

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see186

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see186

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see186

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see184

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see184

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see183

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see183

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see182

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see182

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see181

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see181

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see181

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see178

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see177

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see177

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see174

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri