Icma.az
close
up
RU
Azərbaycan Avropa ölkələri ilə əlaqələrini möhkəmləndirir ŞƏRH EDİLDİ

Azərbaycan Avropa ölkələri ilə əlaqələrini möhkəmləndirir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Slovakiya Milli Şurası nümayəndələrinin Azərbaycana səfəri və yüksək səviyyədə qəbul olunması Azərbaycanın Avropa siyasətində son illərdə müşahidə olunan müsbət tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Bu səfər, xüsusilə Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq modelinə üstünlük verməsi baxımından diqqət çəkir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir: "Xüsusilə qaz və enerji resurslarının Avropa bazarına çatdırılması fonunda Azərbaycan bir sıra Avropa dövlətləri üçün strateji tərəfdaşa çevrilib. Bu isə enerji sahəsi ilə yanaşı, iqtisadiyyat, ticarət, logistika və siyasi əməkdaşlıq istiqamətlərində də əlaqələrin genişlənməsinə səbəb olur.

Son dövrlərdə Azərbaycanın bəzi ümumavropa institutları ilə münasibətlərində müəyyən gərginliklər müşahidə olunur. Xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər qurumların Azərbaycana münasibətdə qərəzli və birtərəfli mövqe nümayiş etdirdiyi barədə Bakı tərəfindən dəfələrlə açıqlamalar verilib.

Bu səbəbdən Azərbaycan ümumavropa strukturları ilə münasibətlərə daha praqmatik yanaşmağa başlayıb və ayrı-ayrı Avropa dövlətləri ilə birbaşa ikitərəfli əməkdaşlığı daha da gücləndirir.

Bu kontekstdə Slovakiya ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Səfər həm parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, həm də siyasi dialoqun gücləndirilməsi baxımından vacib hesab oluna bilər.

Azərbaycanın İtaliya ilə enerji və iqtisadi sahədə əməkdaşlığı, eləcə də Böyük Britaniya ilə strateji tərəfdaşlığı da Azərbaycanın Avropa siyasətində ikitərəfli münasibətlər modelinin uğurlu nümunələri kimi göstərilir.

Ümumilikdə, Slovakiya nümayəndə heyətinin səfəri Azərbaycanın Avropa məkanında dost və tərəfdaş ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi və parlament diplomatiyasının gücləndirilməsi baxımından müsbət və diqqətçəkən hadisə kimi qiymətləndirilə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri