Azərbaycan həm Avropa, həm də İslam dünyası ilə əlaqələrini genişləndirir ŞƏRH
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısına, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsi ölkənin beynəlxalq münasibətlər sistemində artan diplomatik fəallığının mühüm göstəricisidir. Bu iki tədbirin fərqli siyasi və coğrafi məkanları əhatə etməsi Azərbaycanın həm müsəlman dünyası, həm də Avropa ilə münasibətlərini paralel şəkildə inkişaf etdirmək imkanlarını nümayiş etdirir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə səsləndirdi.
Onun sözlərinə görə, İƏT üzv dövlətləri ilə əməkdaşlıq Azərbaycanın müsəlman dünyasında siyasi, iqtisadi və humanitar əlaqələrini genişləndirmək baxımından əhəmiyyətlidir:
"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bu təşkilata qoşulmuş, Ermənistanla münaqişə dövründə və müharibədən sonrakı mərhələdə İƏT çərçivəsində suverenlik və ərazi bütövlüyü məsələlərini gündəmdə saxlamışdır. 2027-ci il zirvə toplantısı Bakıya üzv dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi və iqtisadi inkişafla bağlı ortaq təşəbbüslərin müzakirəsi üçün əlavə imkan yaradacaq".
Həmsöhbətimiz diqqətə çatdırdı ki, Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, digər Avropa ölkələrinin də liderlərini bir araya gətirən platformadır:
"Bu format təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərinin müzakirəsinə şərait yaradır. Azərbaycanın 2028-ci ildə sammitə ev sahibliyi etməsi ölkəyə Avropa dövlətləri ilə birbaşa siyasi təmasları genişləndirmək və regional gündəlikdəki məsələlər üzrə mövqeyini təqdim etmək imkanı verəcək. Bu, eyni zamanda Azərbaycanın Avropa ilə münasibətlərinin yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, siyasi və təhlükəsizlik dialoqunu da əhatə etdiyini göstərir.
Bu və bunun kimi digər beynəlxalq tədbirlər şübhəsiz ki, Azərbaycanın Şərqlə Qərb arasında dialoq məkanı kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı bu baxımdan mühüm üstünlüklər yaradır".
Y.Bağırzadə vurğuladı ki, bu proses Azərbaycanın inkişaf strategiyasının davamlılığı ilə də əlaqəlidir:
"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik, milli maraqların qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətləri sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm elementləri olaraq qalır. Ölkənin beynəlxalq tədbirlər üçün seçilməsi diplomatik əlaqələrin inkişafı ilə yanaşı, təşkilati imkanların, infrastrukturun və ev sahibi ölkəyə göstərilən etimadın əhəmiyyətini də ön plana çıxarır.
Odur ki, 2027 və 2028-ci illərdə Bakıda keçiriləcək zirvə toplantılarının Azərbaycanın xarici siyasəti üçün mühüm imkanlar yaradacağı şübhəsizdir. Bu tədbirlər ölkənin müsəlman dünyası və Avropa ilə əlaqələrini genişləndirmək, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində iştirakını artırmaq baxımından əhəmiyyətlidir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 28 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















