Icma.az
close
up
RU
Azərbaycan Avropa Parlamentinin riyakarlığını görür Kamal Cəfərov

Azərbaycan Avropa Parlamentinin riyakarlığını görür Kamal Cəfərov

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta ittihamların əks olunduğu qətnamə erməni lobbisinin təsiri altında hazırlanmış, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı qanuni qərarlarını "siyasi repressiya" kimi təqdim etməyə çalışır. Dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan şəxslər haqqında belə bir parlamentin siyasi qiymət verməsi qəbuledilməzdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamal Cəfərov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi dünnənki qətnaməsinə münasibət bildirərkən dedi.

"İkincisi, bu qətnamə Azərbaycanın dövlət suverenliyinə açıq müdaxilə cəhdidir. Beynəlxalq hüququn əsas prinsipi açıq şəkildə qeyd edir ki, heç bir dövlət və ya beynəlxalq təşkilat başqa dövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Ona görə də istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatın qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir.

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30 illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız, saxta ittihamlar səsləndirən, 2023-cü ildəki antiterror tədbirlərinə dırnaqarası etnik təmizləmə kimi qiymət verən Avropa Parlamentinin qətnamələrinin heç mənəvi əsası da ola bilməz. Əgər Avropa Parlamenti səmimi olaraq insan hüquqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, Ermənistandan kütləvi formada deportasiya edilmiş, etnik təmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri və soyqırımla bağlı, erməni minalarından həlak olan jurnalistlərimiz və mülki vətəndaşların hüquqları ilə bağlı danışardı, fəaliyyət göstərərdi.

Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığını çox yaxşı anlayır və görür. Azərbaycan xalqının heç bir kənar beynəlxalq təşkilata etimadı yoxdur. Rəhbər şəxsləri və üzvləri korrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyü çoxdan pozulub", - deyə deputat əlavə etdi.

K.Cəfərovun sözlərinə görə, Avropa Parlamentinin üzvləri reallıq hissini o qədər itiriblər ki, qəbul etdikləri kağız parçasında sanksiyalarla hədələmək, əməkdaşlığı şərtləndirmək cəhdləri kimi müddəalar yer alıb:

"Amma unudurlar ki Azərbaycan bu gün regionun ən güclü, müstəqil, sürətlə inkişaf edən dövlətidir və hər kəs şahiddir ki, böyüklüyündən və strateji rolundan asılı olmayaraq, biz heç kimin təzyiqinə boyun əymirik. Əksinə, Avropa İttifaqının bir çox üzv ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır. Çünki bu qarşılıqlı hörmətə və real marağa əsaslanır

Avropa İttifaqının 10 üzv ölkə ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Ona görə də bizim Avropa İttifaqının üzv ölkələri ilə və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərq isə Avropa Parlamentinin özünün doğru yolda olmadığını, Avropada yaşayan xalqların maraqlarını düzgün təmsil etmədiyini göstərir.

Biz yolumuza davam edəcəyik. Azərbaycan xalqının maraqlarını, dövlətçiliyimizi istənilən platformada qoruyacağıq, möhkəmləndirəcəyik və regionda sülhü əməkdaşlığı təmin edəcəyik. Azərbaycan hər zaman dialoqa açıqdır, amma bu dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət çərçivəsində olmalıdır".

Afət ZİYADQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri