Icma.az
close
up
RU
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
 

Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.


Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır.
Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?
"Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir"
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı:
 

"Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu.


Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi.
Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir".
E.Əliyev bildirib ki, fərdi şəxslər bu problemi aradan qaldırmaq üçün ehtiyat hissələri də idxal edirlər:
"Rəsmi distribütorların salonlarında satılan avtomobillərin ehtiyat hissələri həmin şirkətlərin servis mərkəzlərində mövcuddur. Bundan əlavə, paralel idxalın və ölkəmizə gətirilən avtomobillərin sayının çoxalmasını nəzərə alaraq, kənar şəxslər tərəfindən də ehtiyat hissələri idxal edilir.
 

Məsələn, müxtəlif şəbəkə mağazaları və ya fərdi sahibkarlar Çin avtomobillərinin ehtiyat hissələrini ölkəyə gətirirlər. Necə ki, əvvəllər digər avtomobillər üçün də rəsmi servisdən kənar ehtiyat hissələri gətirilirdi.


Sözsüz ki, bu ehtiyat hissələri orijinal olmur. Lakin avtomobili zəmanətsiz alan şəxslər çarəsiz qalaraq həmin hissələrdən istifadə edirlər".
"Rəsmi servis mərkəzlərindən asanlıqla tapılır"
Sədrin fikrincə, hazırda əksər ehtiyat hissələrini rəsmi servis mərkəzlərindən asanlıqla tapmaq mümkündür:
"İki il öncəyə qədər bəzi avtomobillərin ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər var idi. Lakin hazırda rəsmi distribütorlarda bu vəziyyət xeyli yaxşılaşıb. Əlbəttə, bütün markaların ehtiyat hissələri mövcud deyil. Amma 80-90 faiz ehtiyat hissələri rəsmi servis mağazalarının anbarlarında olur.
 

Rəsmi xətlə gətirilən avtomobillərin ehtiyat hissələrini rahatlıqla tapmaq mümkündür. Həm rəsmi servis xidmətləri, həm də kənar şəxslər tərəfindən ehtiyat hissələrinin gətirilməsi nəticəsində demək olar ki, Çin avtomobillərində ehtiyat hissələri problemi aradan qalxmaqdadır.


Hətta rəsmi servis mərkəzlərindən kənar böyük servis mərkəzləri də yaranıb ki, onlar Çin avtomobillərinə texniki xidmət göstərirlər. Çin avtomobilləri bazarda artan tələblə əlaqədar hərəkətliliyin əsas iştirakçısına çevrilməkdədir".
"Tələb artdıqca, ehtiyat hissələri də təmin olunur"
Elektromobil bloqeri İlkin Mustafayev də düşünür ki, avtomobillərə tələbat artdıqca, bu problem həll edilir:
"Hazırda ehtiyat hissələri ilə bağlı ciddi problem yaşanılmır. Bir müddət Çindən idxal edilən avtomobillərdə müəyyən problemlər yaşanılsa da, artıq bu avtomobillərin kütləviliyi səbəbindən sahibkarlar və servis məntəqələri hissələrin təmini və idxalı məsələsini aktuallaşdırır. ⁠
 

Çindən idxal edilən avtomobillər üçün də ehtiyat hissələri artıq normaya düşür. Təbii ki, hələ də hissələri tapılmayan və ya idxalını 2-3 ay gözləməli olan modellər var.


Çin markalı avtomobillərdə qısa müddətdə dizayn və digər köklü dəyişiklik edildiyi üçün bəzən bu problem daha aktual olur".
İ.Mustafayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ehtiyat hissələri bazarında Çin maşınları üzrə canlanma olduğu ortadadır:
“Avtomobillərin sayının artması hətta digər markalara - Avropa, ABŞ və ya Koreya markalarına xidmət göstərən servislərin artıq Çin maşınlarına da xidmət göstərməyə başlamasına gətirib çıxara bilir.
 

Ötən illə müqayisə etsək, bu bazar artıq dolmağa başlayıb. Çünki Çin maşınları nə qədər çoxalsa, onların ehtiyat hissələrinə tələbat da bir o qədər artır.


Servislər və ehtiyat hissələri idxal edən sahibkarlar da bu tələbatı nəzərə alaraq, detalların idxalını həyata keçirirlər".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri