Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) oktyabr ayında "TEZ" Təhlükəsizlik, Ekologiya, Zövq devizi altında Ekoloji konfrans keçirəcək.
Marja xəbər verir ki, konfransda Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq. Konfrans çərçivəsində dövlət qurumları, elm adamları, özəl sektor nümayəndələri və xarici qonaqların iştirakı və panel müzakirələr çərçivəsində çıxışlar olacaq.

Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının (AADA) idarə heyətinin sədri Eyyub Əliyev konfransın əhəmiyyətindən danışıb:
Bildiyiniz kimi cənab prezident İlham Əliyevin 2021 ci il 2 fevral tarixli Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər adlı sərəncamı var. Bu sərəncamın 5 ci bəndi təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır. Məhz bu sərəncamdan sonra ölkəmizdə avtomobil sektoruna xüsusi yanaşma başlandı. Aidiyyatı qurumlar sərəncamdan irəli gələn məsələləri həll etmək məqsədilə özəl sektorla dialoq qurdular. Dövlət özəl sektor dialoqu uğurlu xətt üzrə inkişaf etdi. Ekoloji nəqliyyat vasitələrinə xüsusi güsəştlər tətbiq edildi, utilizasiya proqramı işlənildi və start götürdü. Bizdə AADA olaraq fəaliyyət göstərdiyimiz sektorda yaranan və ya yarana biləcək problemlərin həlli istiqamətində daim dövlət sturukturları ilə müzakirələr aparır və təkliflər təqdim edirik.
Təhlükəsizlik, Ekologiya, Zövq adlı konfransda aşağıda qeyd edilən mövzular müzakirə olunacaq.
-Paralel idxal,
-kredit və lizinq,
-Yollarda təhlükəsizlik,
-Elektrik avtomobillər üçün şarj məntəqələri və infrasturuktur,
-Utilizasiya.
Baxış sayı:105
Bu xəbər 04 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















