Azərbaycan axtarışda olan Tacikistan vətəndaşını ekstradisiya etdi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Muxammadnido Nazarmuxammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Muxammadnido Nazarmuxammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
06 Noyabr 2024 15:55
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
06 Noyabr 2024 17:57
Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
05 Avqust 2025 15:25
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib Yeni Gündəm
07 Noyabr 2024 09:49
Baxış sayı:70
Bu xəbər 09 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















