Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib Yeni Gündəm
Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tacikistan Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















