Icma.az
close
up
RU
Azərbaycan balanslı siyasət kursunu davam etdirir

Azərbaycan balanslı siyasət kursunu davam etdirir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini təkcə iki dövlətin maraqları kontekstindən dəyərləndirilməsi doğru deyil. İlk növbədə hazırda gedən qlobal dünya bölgüsü və xüsusəndə ABŞ-ın Çinlə mübarizəsi, Rusiya - Ukrayna müharibəsi, Avropa - Rusiya qarşıdurması, ABŞ-ın dünyaya qarşı iqtisadi və tariflər müharibəsi fonunda Azərbaycanla Çinin strateji əməkdaşlığı qlobal dünya düzənində Azərbaycan dövlətinin proseslərə təsir imkanıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, əlbəttə ki Çinin özünün irəli sürdüyü "Bir kəmər, bir yol", "ipək yolu" lahiyələri, Tayvan məsələsində Azərbaycanın mövqeyi Çinə siyasi - diplomatik dəstəyi kimi çox vacibdir. Azərbaycanın da tələblərinə uyğun Ermənistanla sülh müqaviləsi, Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizi məsələsində Çinin mövqeyi təsiredici qüvvədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da qeyd edilir ki, “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir". Adətən və praktik olaraq Çin beynəlxalq siyasətdə neytrallıq prizmasından çıxış etdiyi halda, Azərbaycana münasibətdə Çin açıq şəkildə Azərbaycanın irəli sürdüyü tələblər daxilində sülhü dəstəkləyir:

"Digər vacib məsələ isə, Azərbaycan Hindistan münasibətləri ilə bağlıdır. Hindistan Ermənistanı silahlandırır, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına mane olur. Həmçinin, Hindistan həm əhali və həm də iqtisadi inkişaf baxımından ilk növbədə regionda Çinə tutarlı rəqibə çevrilir. Hindistan, Azərbaycanın faktiki müttəfiqlik münasibətində olduğu Pakistana qarşı (Kəşmir) uzun sürən hərbi qarşıdurma ilə müşayət olunan gərgin münasibətində Çin - Azərbaycan strateji tərəfdaşlığı təsiredici faktora çevrilir. Paralel olaraq, Çinin Azərbaycanın müttəfiqi Türkiyə ilə isti münasibəti, Çin - Azərbaycan strateji əməkdaşlığı üçün imkanları genişləndirir. Rusiya Ukrayna müharibəsində Çinin Rusiya maraqları kontekstindən çıxışı da danılmaz faktdır. Çin faktoru həm də soyuqlaşan Rusiya - Azərbaycan münasibətlərinə də təsir edə bilər".

Avropa İttifaqının Orta Asiyada möhkəmlənmək istəyi və bu istiqamətdə real addımları, regiondan Avropanın bəhrələnməsini ancaq Azərbaycan üzərindən mümkün və əhəmiyyətli edə bilər. Yəni, Avropa və digər oyunçular Orta Asiya və Cənubi Qafqazla siyasətində Çin faktorunu ilə yanaşı Azərbaycanın da maraqlarını nəzərə almaq məcburiyyətindədir. Hərçənd ki, onsuz da Avropanın enerji təhlükəsizliyində Azərbaycan resurs və tranzit imkanları ilə Avropa üçün çox vacib və məcburi hesablaşmalı olduğu oyunçudur. Ancaq, ümumən (bəzi dövlətlər istisna) Avropa belə bir vəziyyətində də Azərbaycana qeyri-dost münasibət bəsləyir:

"Azərbaycan - Çin münasibətlərinə həm də ABŞ - Çin rəqabəti və iqtisadi qarşıdurma kontekstindən də baxmaq mütləqdir. Bu ilin mart ayında İsrail Milli Missiyalar naziri Orit Ştrak açıqlamasında İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparıldığını bildirib. Əgər qeyd edilən konteksdən Çin - Azərbaycan münasibətləri dəyərləndirsək, qənaət belədir ki, Azərbaycan balanslı siyasət kursunu davam etdirir, qarşıdurma tərəfləri ilə siyasətində milli maraqlar əsas şərt kimi, həm də Azərbaycanın müttəfiqlərinin (xüsusən Türkiyə, Böyük Britaniya) ümumi maraqlarını hesaba götürülür. Qaldı ki, Orit Ştrak açıqlamasında, Azərbaycan - İsrail strateji müttəfiqliyinin rəsmiləşməsi mümkün görünsə də, ABŞ - la bağlı qeyd etmək lazımdır ki, İran məsələsi həll olunmayınca üçtərəfli strateji müttəfiqlik hələ ki, mümkün deyil. ABŞ - da Donald Tramp hakimiyyətindən sonra üçtərəfli müttəfiqlik anlaşması daha da çətinləşə bilər.

Göründüyü kimi, Çin və Azərbaycan münasibətləri, danışıqları iki dövlət maraqlarından da daha böyük və mürəkkəbdir. Çin Azərbaycan münasibətləri, formalaşan yeni dünya düzənində Azərbaycanın maraqlarının nəzərə alınmasına əlavə və tutarlı təsir imkanlarını formalaşadırır".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Aprel 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri