Icma.az
close
up
RU
Balanslı siyasət modeli

Balanslı siyasət modeli

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibəsi Azərbaycan - Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.

İki ölkə arasında 2024-cü ilin iyul ayında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat”ın imzalanması isə əlaqələrin daha yüksək səviyyəyə çatdığını göstərir. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, siyasi, enerji, mədəniyyət və təhsil sahələrində də dərinləşməsinin əsasını qoyub.

Cənab Prezident müsahibədə Azərbaycanın “Vahid Çin” siyasətinə birmənalı dəstəyini xüsusi vurğuladı. Azərbaycan beynəlxalq hüquqa əsaslanan bu mövqeyi müdafiə etməklə Çinlə münasibətlərdə dürüstlük və qarşılıqlı inam prinsipinə əsaslanır. Azərbaycan Tayvanda keçirilən qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri kimi çıxış edərək öz prinsipial və ardıcıl mövqeyini ortaya qoydu.

Çin rəhbəri Si Cinpinin Prezident İlham Əliyevi “Çinin yaxın dostu” adlandırması təkcə şəxsi münasibətin deyil, eyni zamanda yüksək səviyyəli strateji etimadın göstəricisidir. Azərbaycan-Çin əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, 2030-cu ilə qədər Azərbaycan 6500 meqavat gücündə yaşıl enerji istehsalını hədəfləyir. Bu rəqəm ölkənin mövcud 8000 meqavatlıq enerji tutumu ilə müqayisədə əhəmiyyətli artım deməkdir və faktiki olaraq elektrik enerjisi istehsalının ikiqat artırılmasını nəzərdə tutur.

Çin şirkətləri bu prosesdə həm texnoloji tərəfdaş, həm də podratçı kimi mühüm rol oynayır. Bu əməkdaşlıq çərçivəsində xüsusilə günəş və külək enerjisi layihələri önə çıxır – 6000 meqavatlıq güc bu sahələrdən əldə olunacaq, əlavə 500 meqavat isə hidroelektrik potensialdan təmin ediləcəkdir. Azərbaycanın yaşıl enerji strategiyası yalnız daxili enerji tələbatını ödəməyə deyil, eyni zamanda təbii qaz istehlakının azalması fonunda qazın ixrac potensialının genişləndirilməsinə xidmət edir. Bu model ölkənin həm ekoloji dayanıqlığını artırır, həm də iqtisadi mənfəət gətirir.

Cənab Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının strateji baxışlarını və geosiyasi yönlərini aydın şəkildə ortaya qoydu. Çinlə münasibətlər çərçivəsində formalaşan çoxşaxəli əməkdaşlıq nümunəsi göstərir ki, Azərbaycan müasir dünyada balanslı və çoxtərəfli xarici siyasət modeli ilə milli maraqlarını qoruya və regional əməkdaşlığa töhfə verə bilir. Bu yanaşma həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından Azərbaycanın gələcək uğurlarının təməlini təşkil edir.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see356

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see350

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see261

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see233

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see201

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see194

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see185

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see180

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see177

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see157

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see144

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri