Icma.az
close
up
RU
Rusiyalı ekspert ABŞ ın Cənubi Qafqaz planını dəstəklədi

Rusiyalı ekspert ABŞ ın Cənubi Qafqaz planını dəstəklədi

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Musavata istinadən xəbər verir ki, bu fikri “Orbeli 2025” beynəlxalq forumunda rusiyalı politoloq Viktoriya Juravlyova səsləndirib.
Juravlyovanın sözlərinə görə, ABŞ-ın bu təşəbbüsü Rusiyadan böyük addımlar və regionda dəyişiklikləri anlamaq tələb edir, lakin Moskva artıq belə addımlar atmağa hazırdır.
Ekspert qeyd edib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü və onunla əlaqələndirilən “Dünyanın kəsişməsi” (Crossroads of the World) konsepsiyası regionda geosiyasi qarşıdurma məntiqindən iqtisadi əməkdaşlıq məntiqinə keçidi ifadə edir.
“Geosiyasi məntiq “sıfır məbləğli oyun” prinsipinə əsaslanır - mütləq həm qalib, həm məğlub olmalıdır. Bu, Cənubi Qafqazda uzun illər mövcud olmuş qarşıdurma və inamsızlığın əsas səbəbi idi. Halbuki iqtisadi məntiq qarşılıqlı faydaya əsaslanır - burada hamı udur”, - deyə Juravlyova vurğulayıb.
O əlavə edib ki, “Şimal–Cənub” dəhlizi kimi Rusiya təşəbbüsləri ilə Trampın TRIPP layihəsi bir-birinə rəqib deyil, əksinə, regionda rəqabət və inkişaf üçün çoxsaylı marşrutların formalaşmasına xidmət edir.
“Nə qədər çox yol, nə qədər çox iqtisadi iştirakçı olsa, region bir o qədər çox qazanc əldə edəcək. ABŞ-ın təklif etdiyi model region üçün real ehtiyaca cavabdır - bu, ölkələrdən asılı olmayan iqtisadi fayda gətirəcək layihədir”, - deyə Viktoriya Juravlyova bildirib.
Bununla belə, Juravlyova qeyd edib ki, ABŞ-ın təşəbbüsünə qarşı bəzi dairələrin skeptik mövqeyi qalmaqdadır. Onun fikrincə, bu, köhnə geosiyasi düşüncənin təsirindən irəli gəlir:
“ABŞ-ın regional fəaliyyətlərində, əlbəttə, geosiyasi elementlər də var - Moskvanı təcrid etmək, onu regiondan sıxışdırmaq kimi niyyətlər səslənib. Lakin bu yanaşma artıq köhnədir. Əsas məsələ bu stereotipləri aşmaq və eyni zamanda regionun tarixi qarşıdurma yaddaşını da unutmamaqdır”.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Noyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri